Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / İqtisadiyyat-Dünya
Avropa İttifaqında iyun ayında rekord inflyasiya - 15 ölkədə ikirəqəmlidir
1991-ci ildən bəri ilk dəfə 2022-ci ilin iyununda qeydə alınan deflyasiya (qiymətin azalması) fonunda Rusiyada -0,35%, Avropa İttifaqında - may ayında əvvəlki rekorddan(+8,8%) sonra iyunda +9,6% yeni inflyasiya rekordu müəyyən edilib.
Avropa İttifaqının 15 ölkəsində inflyasiya ikirəqəmli (10% və ya daha çox) olub. Ən yüksək inflyasiya Estoniyada +22%, Litvada +20,5%, Latviyada +19,2%
Heç bir Aİ ölkəsində 6%-dən aşağı inflyasiya yoxdur. Eyni zamanda, iki ölkə - Malta (+6,1%) və Fransa (+6,5%) istisna olmaqla, bütün digər Aİ ölkələrində inflyasiya +8%-i ötür.
Anti-Rusiya sanksiyaları ilə əlaqədar olaraq Avropa Birliyində enerji qiymətlərindəki 42%-lik sıçrayış iyun ayında rekord inflyasiyaya əsas töhfəni verib. İlkin (emal edilməmiş) ərzaq məhsulları +11,2% bahalaşıb
Qeyd edək ki, bundan əvvəl Britaniyanın “Financial Times” qəzetinin məlumatını dərc etmişdik. Qəzetin yazdığına görə, Avropa iqtisadiyyatında anti-Rusiya sanksiyaları fonunda vəziyyət dəhşətlidir, Avropa çətin dövrlərə hazırlaşmalıdır.
Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
Qlobal böhranın astanasında. Qərb siyasi elitası anti-Rusiya sanksiyaları ilə özünə qəbir qazır
İspaniya ikirəqəmli inflyasiya qeydə alınan 13-cü Aİ ölkəsi oldu.
Dünya əhalisinin 1 %-i digər 99 %-dən varlıdır – hər şey iki şirkətin, bir neçə ailənin əlindədir
Fransa NATO-dan çıxa bilər