Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / İqtisadiyyat-Analitika
12:47, 19 aprel 2022
658
0

Qlobal böhranın astanasında. Qərb siyasi elitası anti-Rusiya sanksiyaları ilə özünə qəbir qazır

Dünya böyük böhranın astanasındadır deyə düşünürəm. Qənaətim bir sıra tanınmış mütəxəssislərin fikirləri və bəzi KİV-lərin məlumatları əsasında formalaşıb. Belə ki, dünyada 3 böyük tendensiya müşahidə edilməkdədir: Rekord səviyyədə inflyasiya, rekord səviyyədə aclıq proqnozları barədə həyəcan təbilləri və Qərb liderlərinin reytinqlərinin kəskin aşağı düşməsi.
 
Rekord səviyyədə inflyasiya: ABŞ və Aİ-də inflyasiya səviyyəsi son 30-40 il ərzində görünməmiş səviyyələrə çatıb və daha da yüksəlməyə güclü tendensiyaya malikdir. The Wall Street Journal-ın məlumatına görə, almanların 82%-i, italyanların 79%-i və ispanların 78%-i qiymətlərin daha da artacağını gözləyir. “Mərkəzi Bankların Mərkəzi Bankı”nın rəhbəri  – Beynəlxalq Hesablaşmalar üzrə Bazel Bankının rəhbəri Aqustin Karstens “dünya iqtisadiyyatı sabit, yüksək və nəzarətsiz inflyasiya dövrünə qədəm qoyub” deyib. İnflyasiyanın artmasına ən böyük töhfə anti-Rusiya sanksiyalarının səbəb olduğu enerji qiymətlərinin artmasıdır, ona görə də təkcə ABŞ-da enerji qiymətləri illik ifadədə 48% artıb. Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard “enerji qiymətlərindəki güclü artımlar, ərzaq qiymətlərindəki güclü artımlar daha da inflyasiyaya səbəb olacağını” deyib.

Rekord səviyyədə aclıq: BMT-nin Baş Katibi Antonio Quterreş bildirib ki, Ukrayna böhranı 1,7 milyard insanı – bəşəriyyətin beşdə birindən çoxunu – yoxsulluq və aclığa sürükləmək təhlükəsi yaradır. Qlobal fəlakətin miqyası bu formada onilliklərlə görülməmişdir. Ən kəskin ərzaq böhranına ən böyük töhfə Rusiyanın dünya bazarında ərzaq təchizatının məhdudlaşdırılması, Rusiyadan gübrə tədarükü və anti-Rusiya sanksiyalarının səbəb olduğu enerji qiymətlərinin artmasıdır. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, BMT-nin Ümumdünya Ərzaq Proqramı və Ümumdünya Ticarət Təşkilatı birgə bəyanat yayaraq dünya ictimaiyyətini ən kəskin qlobal ərzaq böhranının aradan qaldırılması üçün təcili tədbirlər görməyə çağırıb.

Anti-reytinq rekordları: CNN-in məlumatına görə, ABŞ prezidenti Baydenin etimad reytinqi INSA sosioloji institutunun məlumatına əsasən 41%-ə, Almaniya kansleri Şolzun reytinqi rekord həddə - 38%-ə düşüb.Sosioloji sorğuların nəticələrinə əsasən britaniyalıların böyük əksəriyyəti Baş nazir Consonun istefasını dəstəkləyir. Aparıcı Qərb dövlətlərinin rəhbərlərinin reytinqlərində rekord eniş enerji böhranı, ərzaq böhranı, anti-Rusiya sanksiyalarının yaratdığı rekord inflyasiya fonunda baş verib.

Mənbələr:
https://www.wsj.com/articles/rocketing-prices-test-europes-political-resolve-in-confrontation-with-russia-11649759216
https://amp.theguardian.com/business/2022/apr/05/world-may-be-on-cusp-of-new-inflationary-era-says-central-bank-chief
https://www.bls.gov/news.release/cpi.htm
https://t.me/BIoomberg/13685
https://www.seznamzpravy.cz/clanek/zahranicni-komentar-valka-na-ukrajine-je-i-utokem-na-rozvojovy-svet-198480
https://www.imf.org/en/News/Articles/2022/04/13/pr22117-joint-statement-wbg-imf-wfp-and-wto-call-for-urgent-coordinated-action-on-food-security
https://edition.cnn.com/2022/04/14/politics/biden-approval-rating-polls/index.html
https://www.bild.de/politik/ausland/politik-ausland/insa-meinungstrend-scholz-so-unbeliebt-wie-nie-79795760.bild.html

Cəmil Şirvanov


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)