Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Publisistika
17:09, 22 avqust 2022
626
0

Duqin: Qızım öz qızlıq həyatını Qələbənin qurbangahında qoydu


Avrasiya hərəkatının lideri, siyasətçi və filosof Aleksandr Duqin qızının öldürrülməsi barədə ilk dəfə danışıb. O bu barədə dostu Konstantin Malofeyevlə danışıb və ondan aşağıdakı mətni dərc etməyi xahiş edib:

“Hamınızın bildiyi kimi, avqustun 20-də faşist Ukrayna rejimi tərəfindən həyata keçirilən terror aktı nəticəsində qızım Darya Duqina Moskva yaxınlığındakı “Ənənə” festivalından qayıdarkən gözümün qabağında partlayış nəticəsində vəhşicəsinə öldürülüb.

O, gözəl pravoslav qızı, vətənpərvər, hərbi müxbir, mərkəzi kanalların eksperti, filosof idi. Onun çıxışları və reportajları həmişə dərin, əsaslı və təmkinli olub. O, heç vaxt zorakılığa və müharibəyə çağırmayıb.
O, səyahətinin əvvəlində yüksələn bir ulduz idi.

Rusiyanın düşmənləri onu hiyləgərcəsinə və alçaqcasına öldürdülər ...

Amma bizi, xalqımızı belə dözülməz zərbələrlə belə sındırmaq olmaz. Onlar bizim iradəmizi ən yaxşılarımıza və ən zəiflərimizə qarşı terror törətməklə əzmək istəyirdilər. Amma onlar istədiklərini əldə edə bilməyəcəklər.

Ürəyimiz intiqam almaqdan daha çox şeyə can atır. İntiqam çox xırdadır, russayağı deyil. Bizə yalnız Qələbəmiz lazımdır. Qızım qızlıq həyatını bu qələbənin qurbangahında qoydu. Odur ki, qələbə qazanın, xahiş edirəm!

Biz onu ağıllı və qəhrəman kimi böyütmək istəyirdik.
Qoy indi o, Vətənimizin oğullarını şücaətə ruhlandırsın.

Darya Duqina (Platonova) ilə vida - vətəndaş anım mərasimi - avqustun 23-də Ostankino Televiziya Mərkəzində səhər saat 10-da keçiriləcək"



Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)