Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Region / Siyasət-Analitika
RUSİYADA PENSİYA İSLAHATI VƏ ONUN ARXA PLANINA QISA EKSKURS
Cəmil Şirvanov
27.03.2021
Məlumdur ki, Rusiyada 2018-ci ildə keçirilən liberal pensiya islahatı nəticəsində işçilərin sosial vəziyyəti ağırlaşdı. Yeni qanuna görə hər il pensiya yaşının üzərinə 6 ay əlavə edilir və bu hüququ vətəndaşlar hər yarım ildən bir əldə edə bilərlər. Bu proses 10 il davam etməli idi.
Lakin son zamanlar Rusiyada dövlətin yuxarı orqanlarından gələn, amma qeyri-rəsmi olan xəbərlərə görə ölkədə keçirilən son pensiya islahatı, pensiya yaşının qaldırılmasını təmin edən qanun ləğv ediləcək. Daha dəqiq, yeni pensiya islahatı keçiriləcək.
Nəzərdə tutulan yeni pensiya islahatı mərhələli şəkildə pensiya hüququ əldə etmə yaşını əvvəlki, yəni son nəticədə 55 (qadınlar üçün), 60 (kişilər üçün) səviyyəsinə endirəcək.
Bu barədə Putinin Federal Məclisdə çıxış edəcəyi gözlənilir. Bu Məclisin yığılması isə 2021-ci ilin mart ayının sonu, aprel ayının əvvəlində planlaşdırılır.
Mənbələr bildirir ki, müvafiq dövlət orqanları artıq pensiya yaşının əvvəlki səviyyəyə qaytarılması barədə mexanizmlərini işləyib hazırlayıblar. O cümlədən işləyən pensionerlərin pensiya gəlirlərinin əvvəlki qaydada indeksasiya edilməsi barədə işlər görülməkdədir. Bir əmması var ki, bu ilk mərhələdə Sibir ərazisində və Uzaq Şərq vilayətində yaşayanlara şamil ediləcək. Gələcəkdə isə bütün ölkəyə şamil ediləcək.
Düşünürük ki, pensiya yaşının əvvəlki səviyyəyə qaytarılması gec-tez baş verəcək. Gəlin suallar verək ki, bu niyə baş verəcək?, nə vaxt baş verəcək?
Cavab verərkən onu qeyd etməliyik ki, pensiyaya çıxmaq hüququ verən yaş həddinin qaldırılmasının səbəbləri yumşaq formada desək, əsaslı deyildi. Son pensiya islahatı ölkə əhalisinin hakimiyyətə olan inamını sarsıtdı. Bu inam xüsusilə də televiziyada aparılan propaqanda nəticəsində sarsıldı. Dövlət televiziyalarında və hakim rejimin nəzarətində olan televiziyalarda vətənpərvərlik lozunqlarının səsləndirilməsilə yanaşı əhaliyə təlqin edilirdi ki, daha yuxarı yaşlarda işləmək, daha çox işləmək onların özü üçün xeyirlidir. Nəzərə alsaq ki, Rusiya xalqı dövləti bir növ özünün valideyni kimi qəbul edir, ondan yalnız müdafiə və sevgi gözləyir- pensiya yaşının qaldırılması göstərdi ki, dövlət öz övladlarını həyasızcasına aldadır. 2018-ci ildə artıq hökumətin sosial dayağı olan təbəqələr də mitinqlərə çıxmağa başladılar. İnsanlar pensiya yaşının qaldırılmasının real səbbələri barədə bilmədilər. Həm də bu problemi necə həll edəcəklərini bilmirdilər. Sadəcə dövlətə olan inamları, müvafiq olaraq da Putinə olan inamları sarsılmışdı.
Gəlin pensiya yaşını niyə qaldırdıqları və indi niyə yenidən əvvəlki səviyyəyə endirmək istədiklərini araşdıraq.
1991-ci ilə qədər Dünya ikiqütblü idi. İki güclü dövlət var idi: SSRİ və ABŞ. 1991-ci ildə SSRİ rəhbərliyi ABŞ qarşısında kapitulyasiyanı qəbul etdi və bütün dünya bir liderə- ABŞ-a baş əyməyə məcbur oldu. 1993-cü ildə Rusiya Federasiyasının yeni Konstitusiyası qəbul edildi ki, orada Rusiya özünü ABŞ-a tabe olan dünyanın bir parçası və bu dünyanın normalarını Rusiya hüquq sisteminin bir hissəsi kimi hesab edir. Bu barədə Konstitusiyanın Preambulasında və 15-ci maddənin 4-cü hissəsində göstəriş var idi. Belə xüsusi normaları həmişə ölkələrin konstitusiyasına xüsusi, məsələn, Beynəlxalq Valyuta Fondu kimi təşkilatlar daxil edir. Bu fakt RF Ali Məhkəməsinin qərarında da öz əksini tapır.
Vaxtilə Beynəlxalq Maliyyə fondunun açıq mənbədə olan sənədində RF-də mövcud olan pensiya yaşının qaldırılması ilə bağlı ona göstəriş verilməsi barədə də açıq-aşkar yazılıb. Rusiyada pensiya yaşının qaldırılmasının səbəbinin BVF-nin göstərişi olması bir çoxlarına sirr deyil. Çünki Rusiya bu sırada tək deyil. BVF bunu heç gizlətmir də. Açıq mənbələrdən bunu öyrənə bilərsiniz.
Rusiya Amerikan beynəlxalq hüquq sisteminin təsiri altında olduğu, başqa sözlə müstəmləkə statusuna malik olduğu üçün Amerikanın nəzarətində olan BVF kimi təşkilatların “məsləhətlərinə” əməl etməlidir. Bu zaman həmin məsləhətlərin vacib olub-olmaması BVF üçün əhəmiyyət kəsb etmir. Çünki onun özünün məqsədləri başqadır. Rusiya da digər bu sistemin altında olan dövlətlər kimi bu qurumun “məsləhətlərinə” əməl etməlidir. Xalqa isə açıqlama vermək lazımdır. Tutarlı səbəb olmadıqda ortaya müxtəlif növ sarsaqlamalar və nağıllar meydana çıxarılmalıdır.
2020-ci ildə Kostitusiyaya dəyişikliklər edilməsi barədə referendum keçirildi. Bu referendum mövcud olan müstəmləkə sistemini kordinal şəkildə dəyişməsə də edilən dəyişikliyə əsasən, beynəlxalq təşkilatların bəzi göstərişləri yerinə yetirilməyə bilər. Buna əyani misal olaraq Avropa İnsan Haqqları Məhkəməsinin A.Navalnini azadlığa buraxmaq barədə qərarının icra edilməməsini göstərmək olar. Navalninin tərəfdarları bu barədə sosial şəbəkələrdə xeyli “умничить” elədilər. Amma onlar yaddan çıxarmışdılar ki, Putin artıq Konstitusiyaya etdirdiyi dəyişikliklə bu “hüquqi məsuliyyətdən” ölkəsinin yaxasını qurtarmış oldu.
Bu dəyişiklikdən sonra ağlı başında olan, az da olsa hüquqi savadı olan ruslar anlayır ki, yeni konstitusiya qaydalarına əsasən pensiya yaşının qaldırılması barədə qanunu da ləğv etmək olar. Bəs bu dəyişikliklər pensiya yaşı ilə əlaqədar köhnə qaydanı bərpa edə bilərmi? Fikrimizcə həm hə, həm də yox. Niyə hə?
Navalni ilə bağlı praktika onu göstərdi ki, Rusiya milli qüvvələrə söykənən hakimiyyət nümayəndələrinin simasında nümayişkəranə surətdə mesaj verdi ki, o daha koloniya olmaq fikrində deyil. Məsələnin hüquqi tərəfi özünü konstitusiyaya edilən əlavə və dəyişikliklərdə ehtiva etdi. Elə bu yolla, konstitusiyanın yeni maddələrinə əsaslanaraq BVF-in “məsləhətlərinə” məhəl qoymayıb pensiya yaşının qaldırılması barədə qanunu da ləğv etmək olar. Bu nəzəri cəhətdən belədir. Əgər növbəti Federal Məclisdə Putin bu barədə elan etsə, bu, növbəti qələbə olacaq. Ona görə yox ki pensiyaçılar daha yaxşı yaşayacaq, ona görə ki hakimiyyət izah etməlidir ki, niyə əvvəlcə pensiya yaşını qaldırıldı, sonra yenidən əvvəlki vəziyyətinə qaytarılır.
Bu o deməkdir ki, hakimiyyətdəkilər Rusiyanın müstəmləkə vəziyyətində olması barədə həqiqətləri əhaliyə danışmalıdır. İzah etməlidir ki, əvvəllər daha pis vəziyyətdə idilər, indi bir az azaddırlar. Tam azad olmaq üçün Kostitusiyanın Rusiyanın müstəmləkə statusunu təsdiq edən digər maddələri də dəyişdirməlidirlər( 15-ci maddənin 4-cü hissəsi, 14-cü maddənin 2-ci hissəsi). Əgər bu dediklərimiz baş verərsə, bu milli azadlıq hərəkatının tam qələbəsi olacaq.
Bəs əvvəlki pensiya yaşının bərpa edilməsinə mane olan digər səbəb nədir? Niyə bu yaxın zamanlarda baş verməyə bilər?
Məsələ burasındadır ki, 2018-ci ilin pensiya islahatlarının ləğv edilməsi və geridönüş edilməsinə mane olan səbəb təkcə beynəlxalq hüququn və BVF kimi təşkilatların dominantlığı deyil. 1993-cü ilin Konstitusiyası ilə Rusiya həm də Qərbin ideologiyasını – liberalizmi qəbul etmişdir. İdeologiya təkcə beyinlərdə olan məhsul deyil. İdeologiya maddi mənada dövlətin strategiyasını müəyyən edən institutlar deməkdir. Konstitusiyada Rusiyanın dövlət səviyyəsində ideologiyasızlaşdırılması, hər hansı dövlət ideologiyasının qadağan edilməsi o deməkdir ki, Rusiya özü də bu barədə heç nə düşünməməlidir. Onun əvəzinə BVF və bu tip təşkilatlar onun üçün iqtisadi strategiyalar quracaq, o da onları həyata keçirəcək. Hətta indiki şəraitdə BVF kimi təşkilatları iqnor etsələr belə Rusiyanın özünün ideologiyası yoxdur deyə belə bir ideologiyanın olmadığı şəraitdə BVF-yə öz yerini göstərmək real və rasional görünmür. Bu yerdə qeyd etməliyik ki, Putinin Rusiyanın inkişaf strategiyası barədə Federal Məclisdə bəyan etdiyi planlar qanunla icra edilməsi məcburi olmayan sənədlərdir. Qanuna görə belə strateji planlar dinlənilir, amma icrası məmurların öz baxışlarından asılıdır. Onların müəyyən qədərinin icrası isə Putinin öz avtoritetinin sayəsində mümkün olur. Əksər hallarda bu strategiyalar o vaxt icra olunur ki, Putinin strategiyası BVF-nin strategiyasına zidd olmur.
Problemin bir tərəfi budur. Digər tərəfi, həm də ən böyük bədbəxtliklərindən biri isə Qərbyönümlü elitadır. O elita ki, Rusiyanın azad olmasında maraqlı deyil. Rusiya Maliyyə Nazirliyinin verdiyi məlumata görə, Rusiya dövlət mülki və bələdiyyə orqanlarında qulluq edən şəxslərin sayı 603 000, federal dövlət mülki orqanlarında qulluq edənlərin sayı isə 252 000 nəfərdir. Bu şəxslərin hamısı müvafiq karyera nərdivanı keçmiş, dövlət orqanlarında müxtəlif vəzifələr tutmuş adamlardır. Əgər nəzərə alsaq ki, 1991-ci ildən Rusiyada müstəmləkə rejimi fəaliyyət göstərir, bu məmurların əsl hədəflərinin və ideyalarının nə olması gün kimi aydın olur. Bu hədəflər şəxsi varlanma və liberalizmdir.
Məsələn, 29 yanvar 2021-ci ildə çıxan xəbərə görə Omsk Federal Dairəsinin Səhiyyə naziri İrina Soldatova federal axtarışa verilib. O epidemiya ilə mübarizə üçün ayrılan dövlət vəsaitini oğurlayaraq Dubaya qaçmışdır. Məlum olub ki, o Dubayda özünə 116 kv. m.-lik ev alıb.
İndi özünüz düşünün. Rusiyada həmin xanım kimi nə qədər məmur var ki, onların xalqdan oğurlayaraq xaricə qaçmalarına mane olan heç nə yoxdur. Məmurların çoxu Rusiyaya iş yeri kimi baxırlar. Evləri və ailələri isə Rusiyada deyil, daha “isti” ölkələrdə olur. Yerinə düşür ki, son konstitusiya dəyişikliklərində bu barədə pozitiv işlər görüldü. Amma tam deyil.
Hazırda qulluq edən məmurların böyük əksəriyyəti hələ 80-ci illərin sonlarından Qərb tərəfindən “tərbiyələndirilmiş” şəxslərdir. Bu barədə faktları sadalayanlardan biri də RSFSR-in 1990-93-cü illərdə deputatı olmuş Viktor Aksyuçiçdir. O deyir ki, hələ 91-ci ilin avqustuna qədər Rusiyanın, Moskva Sovetinin bütün deputatları Qərbin müxtəlif fondlarının, o cümlədən Mona fondunun proqramlarında iştirak etmişlər. Onları orada yeni ideologiya ilə silahlandırırdılar ki, bu ideologiya Rusiyanın idarəetməsində hakim ideologiya olmalı idi. Təsadüfi deyil ki, Rusiya çinovniklərinin çoxusu Rusiyanın Qərblə konfrontasiyasına qarşıdırlar. Çünki Qərbin qoyduğu sanksiyalar nəticəsində məhz onlar xaricdəki mülklərindən və digər maliyyə resurslarından məhrum olurlar. Bunlar siyasi elitadır. O cümlədən, bu siyasi elitanı vəzifəyə gətirən oliqarxlar da bu vəziyyətdən narazıdırlar. Çünki Qərbin sanksiyaları onlara da ziyan vurur.
Məsələn, oliqarx Viktor Vekselberqin ona tətbiq edilən sanksiyadan sonra necə ahu-zar etdiyini göstərsək mənzərə aydın olar. O belə deyirdi: "Bu mənim üçün böyük həyati bir böhrandır. Məsələ pulda, biznesdə deyil. Bu mənim üçün həyatımın alt-üst olması deməkdir. Bütün dünya mənim üçün “imkanlar məkanı” idi. Mən indi nə edə bilərəm ki? Mən özümü həmişə “dünya adamı” kimi hiss etmişəm. Ailə üzvlərimin hamısını ABŞ-a köçürmüşəm. Hadisələrin belə inkişaf edəcəyini heç vaxt ağlıma gətirə bilməzdim".
Onun biznesinə dəyən ziyandan əlavə o heç ABŞ-da yaşayan qızı və nəvələrinin yanına da gedə bilmir. Görürsünüz, oliqarx Amerikaya demək istəyir ki, “axı mən sizə qarşı getməmişdim, hətta ailəmi də orada, sizin yanınızda saxlayırdım. Mənə qarşı niyə belə elədiniz?!”
Düşünürük ki, məsələ burasındadır ki, həmin oliqarxlara Rusiyanı daha da iflic vəziyyətə salmaq tapşırılmışdı. Amma nədənsə onlar bunu yaxşı bacarmadıqları üçün belə şapalaqlar yeyirlər.
Britaniyada isə Usmanov və Abramoviçə qarşı sanksiya tətbiq etmək istəyirlər. Bütün bu gedişləri etməkdə məqsəd odur ki, həmin oliqarxların təyin etdiyi deputatlar, qubernatorlar və digər çinovniklər Putinə qarşı çıxsınlar. Bütün bunları bir yerə topladıqda belə bir fikrə gəlmək olur ki, vəziyyəti normallaşdırmağa yönələn islahatların həyata keçirilməməsində əsas səbəb o deyil ki, Putin onların həyata keçməyini istəmir- sadəcə bu prosesi tormozlayan şəxslər çoxdur.
Bəs Kütləvi informasiya vasitələrində vəziyyət necədir? Axı onlar ictimai fikir formalaşdıran vacib sektorun təmsilçiləridir. Burada da vəziyyət acınacaqlıdır. Bütün baş redaktorlar, onların müavinləri, “elit” jurnalistlər, bir sözlə demək olar hamısı ABŞ-da təlim keçmiş, övladları, digər ailə üzvləri Qərbdə yaşayan insanlardır.
Bunlara misal olaraq NTV-nin keçmiş rəhbəri, hazırda fəaliyyət göstərən Pozner, Syomin, Solovyov, Brilyov və onlarla belə elit jurnalistlər ya başqa ölkələrin vətəndaşlarıdırlar, ya da orada mülkləri, ailələri, yaşamaq hüquqları vardır.
Məsələn, Brilyov Britaniya vətəndaşıdır. Britaniya vətəndaşlığını qəbul edən şəxsin andını oxuduqda onun əslində kimə xidmət etdiyi məlum olur.
İndi məsələ aydın olur ki, Putin niyə çinovniklər üçün ikinci vətəndaşlığı və xarici ölkələrdə yaşamaq hüququnu verən sənədin alınmasını qadağan edən maddəni konstitusiyaya əlavə etdirdi. Onlar ölkədəki proseslərin məcrasını dəyişmək qabiliyyətinə malik şəxslərdir və Rusiyaya deyil, onun düşmənlərinə xidmət edirlər.
Burada başqa bir məsələ də önə çəkilməlidir. Rusiya ilə Belorusun birləşməsinə də maneçilik törədən şəxslər də onlardır. Yəni Qərbin maraqlarına xidmət edən şəxslər. Təsəvvür edin, Putin və Lukaşenko bunu edir. Onların reytinqi xalq arasında ən yüksək səviyyədə olacaqdı, üstəgəl rusların tarixində əbədi olaraq böyük siyasətçi kimi qalacaqdılar. Buna həm xalqın əhval-ruhiyyəsi, həm də indiyə qədər qoyulmuş hüquqi fundament imkan verir. Amma yox. Bu baş vermir. Çünki hələ də dövlət idarəetməsinin çox hissəsində Qərbyönümlü çinovniklərdir.
Bu yerdə oxucularda kinayəli bir sual yaranır: “Çar yaxşıdır, boyarlar pis?”. Xeyr biz bu fikirdən çox uzaqıq. Çünki biz düşünürük ki, Rusiyada nə çar var, nə də boyar. Bir tərəfdə milli lider, digər tərəfdə isə komprodor elita var. Bunlar fərqli-fərqli şeylərdir. Mübarizə gedir. Mübarizədə kimin qalib gələcəyi isə hələ ki, məlum deyil.
Qərbyönümlü elita ilə vəziyyət o qədər qəlizdir ki, hətta müxtəlif sahələrdə ekpert kimi fəaliyyət göstərən, ilk baxışdan alovlu vətənpərvər kimi görünən, televiziya və internet resurslarının ulduzları olan ekspertlər belə Amerikada təlim keçmiş adamlardır. Mixeyev, Prilepin, Mironov üçlüyü də bu qəbildən olanlardandır. Rusiyada demək olar ki, vətənpərvər elita yoxdur. Hətta varsa belə onların ən azı yarısı Qərbdə təlim keçmiş adamlardır. Bu adamların səmimiliyinə yalnız onların sözlərinə əsaslanaraq inanmaq olar. Əgər bu doğru sayılırsa. Çünki öz ölkəsinin geopolitik rəqibi olan ölkədə müxtəlif proqramlarda iştirak edənlərin həqiqi siması maskalanıb. Bilmək olmur kim kimdir.
Bir nümunə də göstərək. Sergey Qlazev. İqtisad elmləri doktoru, akademik. Iqtisadiyyatın liberallaşdırılmasının əleyhinə olan ən məşhur iqtisadçı. Müstəmləkə iqtisadi rejiminə qarşı çıxan şəxs. Onun da keçmişi təmiz deyil. O da vaxtilə Çubays, Ulyukayev və başqaları ilə birlikdə Avstriyada ABŞ Dövlət Departamentinin proqramı üzrə təlimlərdə iştirak edib. Hələ o qədər vətənpərvərlər var ki, özlərinin Qərb dəyərləri ilə təlim keçdiklərini gizlədirlər.
Bu şəxslər barədə indicə veridiyimiz məlumatla demək istəmirik ki, qeyd etdiyimiz təlimlərdə iştirak edən hər kəs 100 % Rusiyanı satır, onun düşməndir. Bu ən azından onu göstərir ki, Rusiyanın istənilən sahəsindəki elitanın əksəriyyəti ABŞ təlimlərinin məzunlarıdır. Bu da Rusiyanın müstəmləkə vəziyyətinin göstəricisidir. Hətta onun vətənpərvərləri belə onun düşməninin qılıncının altından keçmişlərdir. Bu paranoya kimi görünə bilər. Amma dövlət idarəçiliyindən az da olsa başı çıxanlar üçün çox mətləblərdən xəbər verir.
Və bütün bunların fonunda Putin və onun yaxın saratnikləri Rusiyanın azad edilməsi yönündə nəsə edə bilirlərsə bunun özü bir möcüzədir. Rusiyanı tarix boyu həmişə möcüzələr xilas edib.
P.S. Rusların Putini var. Onların xilas olmaq şansları var. Bəs bizim kimimiz var? Bizi hansı lider xilas edəcək bu əclafların çəngindən? Bizi də Putin? Yoxsa necə?

Mövzu linkləri:
Həmçinin oxuyun: