Flaş / Gündəm / Azərbaycan / Publisistika
"SECOND HAND" İSTEHLAKÇILARI
Nadir Qocabəyli
Nədənsə həmişə rusları aşağılamaq istəyəndə, bəyənməyəndə ingilisləri, almanları, fransızları, yaponları yəhudiləri örnək göstərməyə çalışırıq.
Amma atalar deyib ki, dədənlə dədəmi deyincə özümlə özünü de.. Tutaq ki, ingilis rusdan üstündür, bunun bizə nə dəxli var? Məgər ingilisin üstünlüyündə bizim hər hansı rolumuz, xidmətimiz, payımız var?
Biz əslində rus-ingilis, rus-alman, rus-fransız, rus-yəhudi, rus-yapon qarşıdurmasında öz marağımızı düşünməli və hansının bizə sərfəli olduğuna qərar verməliyik.
Məncə, haradan baxırsınız-baxın, rus sərfəlidir. Bəli, mənə rus sərf edir və düşünürəm ki, mən statusda, sosial durumda, imkanda, düşüncədə olan hər kəsə. Mən, atam və babam həyatımız boyu nə xeyir gördüksə, rusdan, Rusiyadan gördük. İngilisdən, fransızdan, almandan, amerikandan heç nə görmədik, qardaş...
Əslində, gördük. Çoxlu yalan-palan, saxtakarlıq, istismar, qan-qada, ölüm-itim gördük. Hətta Avropadan bizə dolayısı ilə gələn xeyir də "çerez Rusiya" gəldi. Biz "Olivye" salatı tanımadıq, qardaş, "Stoliçnı" tanıdıq və yedik. Bu gün də yeyirik. Fransızın ümidinə qalsaydıq, ancaq onlara qurbağa becərəcəkdik. Türkiyədə "kurbağa çiftlikləri" fəaliyyət göstərir, bura da gələcək. Biz"Fiat"ı "Lada" şəklində tanıdıq, aldıq, sürdük.
Deyə bilərsiniz ki, amma indi "Mersedes", "Toyota" sürürük. Bəli, amma nemesin, yaponun istehsal etdiyi o maşınlar neçənci əldən sonra bizə çatır? O avtomobillərin təzəsi, sıfrı neçə təmiz, vicdanlı, halal yolla yaşayan azərbaycanlıya qismət olub? Məncə, heç birinə. Onları ancaq xalqın malını, mülkünü talan edən rüşvətxorlar, harınlar, onların övladları, fahişələri sürə bilir. Xalqa isə ən yaxşı halda nemesin mitilinə vurduğu 3-cü, 4-cü əl "Mersedes", "Opel" çatır.
Amma Rusiyadan qəttəzə "Jiquli"lər, "Moskviç"lər, "Volqa"lar, "Zaporojye"lər, UAZ-lar, "Niva"lar gəlir və zəhmətkeş insanlar onlara sahib olurdu. Yadımdadır, bir gün atam qəttəzə "Moskviç-AZLK" alıb gətirdi. Özü də kreditlə almışdı. Avtomobildən başı çıxanlar sıfır maşının nə demək olduğunu yaxşı bilirlər. Bu elə təzə, bakirə, ismətli gəlin kimi bir şeydir. Mən özüm 12 ilin "Opel"ini aldım və müqayisə edəndə gördüm ki, köhnə, sürülmüş "Opel"dənsə, təzə, sıfır "Moskviç" daha yaxşıdır. Hər baxımdan. İstər maddi-texniki, istərsə də, mənəvi, psixoloji baxımdan. Üzr istəyirəm, bu elə bakirə qızla, yaxud 3-4-ünə gedib boşanmış, sürtülmüş biriylə evlənmək kimi bir şeydir. Bizə hazırda hər mənada ikinci əl, yəni işlənmiş, sürtülmüş mal təklif olunur. Bizə hazırda hər mənada "second hand" istehlakçıları kimi baxırlar. Amma Rusiya ilə birlikdə olanda belə deyildi.
Xatırlayın...

Mövzu linkləri: