Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / İqtisadiyyat-Dünya
70 xarici bank SWIFT-in Rusiya analoquna qoşulub
Hazırda 12 ölkədən 70 xarici təşkilat Rusiyanın yaratdığı Maliyyə Mesajlarının Köçürmə Sisteminə (MMÖS) qoşulub.
Lakin bir çox tərəfdaşlar SWIFT-in rus analoqu ilə əlaqəyə görə ikinci dərəcəli sanksiyalardan qorxurlar. Buna görə də Rusiya Federasiyası Mərkəzi Bankı onların siyahısını açıqlamır - deyə idarə heyətinin sədri Elvira Nabiullina bildirib.
Nabiullina vurğulayıb ki, tənzimləyici hər kəsi sistemə qoşmağa hazırdır - onun texniki həlləri var, bunu kifayət qədər tez etmək olar, lakin hər şey tərəfdaşların istəyindən asılıdır.
“Həqiqətən, bir çox tərəfdaşlar qorxur, buna görə də müvafiq olaraq kimin bağlı olduğunu demirik. Biz deyirik ki, qoşulmaq üçün imkanlar var və tərəfdaşlar kimin və necə qoşulacağına baxırlar” - deyə RF Mərkəzi Bankın rəhbəri tərəfdaşların MMÖS-ə qoşulma səbəbindən ikinci dərəcəli sanksiyalara məruz qalmaq qorxusu ilə bağlı sualı cavablandırıb.
Qeyd edək ki, Rusiya Bankının Maliyyə Mesajlaşma Sistemi Rusiya banklarının demək olar ki, bütün dünya ölkələrində 11 000-dən çox ən böyük təşkilatın qoşulduğu SWIFT-dən mümkün ayrılması risqlərinə cavab tədbiri olaraq yaradılmışdır.
Mövzu linkləri:
Həmçinin oxuyun: