Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / İqtisadiyyat-Dünya
18:41, 04 iyun 2022
458
0

Böhran Britaniyada kiçik biznesə və insanlara ağır zərbə vurur


Yaxın bir neçə həftə ərzində 500.000 kiçik biznes müflis ola bilər, - Kiçik Biznes Federasiyasının sədri Martin Maktaq belə deyib.

Britaniyada kiçik biznesin 2.000.000 (40%) cəmi üç aylıq iş üçün kifayət qədər vəsaitə malikdir. Onlardan 200 mini iflas ərəfəsindədir, 300 mini isə bir neçə həftə ərzində fəaliyyət göstərə biləcək.

Aprel ayında 9% istehlak qiymətləri inflyasiyası, eləcə də son bir ildə xammal üçün fabrik qiymətlərinin 18,6% artması Britaniyada kiçik biznesin acınacaqlı vəziyyətə düşməsinə səbəb olub.

“Böyük Britaniyanın 6.000.000 ev təsərrüfatları gələn qışda elektrik enerjisinin kəsilməsi ilə üzləşə bilər” – The Times yazır.

Böyük Britaniyanın iqtisadiyyat, energetika və sənaye strategiyası naziri Kvasi Kvartenqin sözlərinə görə, Rusiya qazının Aİ-yə tədarükü məhdudlaşmağa davam edərsə, britaniyalılar əsasən səhər və axşam pik saatlarda elektrik enerjisinin kəsilməsi ilə üzləşəcəklər.

Qeyd edək ki, Britaniya Mərkəzi Bankının rəhbərinin parlamentdə qiymətlərin “apokaliptik” artımı və anti-Rusiya sanksiyalarına görə “ingilislərin gəlirlərinin şokedici şəkildə azalması” ilə bağlı bəyanatı barədə əvvəllər məlumat vermişdik.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)