Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / İqtisadiyyat-Analitika
16:40, 01 may 2022
686
0

Rusiya Avropaya enerji satışından əldə etdiyi gəliri iki dəfə artırıb


Finlandiya Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) təhlilinə əsasən, bu il fevralın 24-dən bəri Rusiya Avropa Birliyinə 44 milyard avro dəyərində enerji satıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.

Rusiya qazının Avropaya nəqlində artım LNG vasitəsilə 20%, boru kəmərləri ilə isə 10% təşkil edib. CREA vurğulayır ki, Avropa Birliyinə neft tədarükü 20%, kömür isə 40% azalıb, lakin Rusiya onların qiymətlərinin artımına görə fiziki həcminin azalmasına baxmayaraq əvvəlki dövlərə nisbətən daha çox qazanıb.

Bundan başqa, Rusiya digər, qeyri-Avropa bazarlarına tədarükünü kəskin şəkildə artırıb. Rusiyanın Avropa Birliyindən kənar enerji təchizatı artıb: LNG ilə qaz - 80%, kömür - 30%, neft - 20%

Ümumilikdə, Rusiyanın enerji ixracından əldə etdiyi gəlir 63 milyard avroya qədər artıb. Almaniyadan - 9,1 milyard avroya qədər, İtaliyayadan - 6,9 milyard avro, Çindən - 6,7 milyard avro, Hollandiyadan - 5,6 milyard avro, Türkiyədən - 4,1 milyard avro, Fransadan - 3,8 milyard avro daha çox gəlir daxil olub.

Nəzərinizə çatdırırıq ki, bir qədər əvvəl Polşanın baş naziri “təəssüf ki, Rusiya sanksiyalarla işləməyi yaxşı bacarır”, ABŞ maliyyə naziri isə “Qərbin Rusiyaya qarşı sanksiyaları ona çox az ziyan vurur, əksinə Qərbə daha çox ziyan vurur” fikirlərini səsləndirmişdilər.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)