Flaş / Gündəm / Azərbaycan / Siyasət-Region / Siyasət-Azərbaycan / İqtisadiyyat-Region
İran Azərbaycanla tranzit yollarını inkişaf etdirir
İran xüsusilə, Azərbaycan və Rusiya ilə əməkdaşlığın inkişafı üçün çox əsaslı bir proqram hazırlayıb.
İran Azərbaycanla ticarətin həcmini artırmaq məqsədilə sərhədyanı bölgələri və tranzit yolları inkişaf etdirməyi planlaşdırır.
Bunu İranın iqtisadiyyat nazirinin müavini və bu ölkənin Ticarətin İnkişafı Təşkilatının sədri Əlirza Peymanpak deyib.
O bildirib ki, biz hazırda Astara sərhədində infrastrukturun inkişaf etdirilməsinə çalışırıq. Bundan başqa Şimal-Cənub dəhlizi çərçivəsində Rusiya ilə də digər sərhədlərin açılması və fəaliyyətini genişləndirməsini müzakirə etmişik.
O qeyd edib ki, Avrasiya ölkələri arasında iqtisadi əməkdaşlıq sahəsində bir neçə milyard dollarlıq potensial mövcuddur. Buna görə bütün yollar və sərhədlərin imkanlarından istifadə etməyə ehtiyac var.
Ə.Peymanpak Azərbaycanla iqtisadi əməkdaşlığın əhəmiyyətindən danışıb və qeyd edib ki, İran hazırda müxtəlif ölkələrdə səfirliklərdə fəaliyyət göstərən iqtisadi müşavirləri dəyişir. Bizim üçün prioritet müxtəlif ölkələrdə olan İran səfirliklərində fəaliyyət göstərən iqtisadi müşavirləri dəyişməkdir. Lakin Azərbaycanla bağlı iqtisadi müşaviri dəyişmədik və o, işini davam etdirir. Biz ona fəaliyyətini genişləndirmək üçün bəzi səlahiyyətlər də verdik. Bu bizim Azərbaycanla əməkdaşlığa verdiyimiz önəmdən irəli gəlir.
O qeyd edib ki, İran ölkənin şimalında yerləşən region ölkələri, xüsusilə, Azərbaycan və Rusiya ilə əməkdaşlığın inkişafı üçün çox əsaslı bir proqram hazırlayıb və bu sahədə öz hədəflərinə çatmağa çalışır.
Azərbaycanla İran arasında Şərqi Zəngəzurla bağlı memorandum təsdiqlənib.
Xatırladaq ki, 2022-ci il martın 11-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu" təsdiq olunub.
Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
Moskva bəyannaməsinin iki ölkə üçün əhəmiyyəti
Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir.
ŞAH VƏ MAT: İRAN QƏRBİ ASİYADA GEOPOLİTİK - DƏNİZ DƏYİŞİKLİYİNƏ RƏHBƏRLİK EDİR
Rusiya və Azərbaycan prezidentlərinin imzaladığı Müttəfiqlik Bəyannaməsinin tam mətni