Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
Cəmil Şirvanov: Birqütblü dünya keçmişdə qaldı
Putinin Qərbə rəsmi sənəd formasında ultimatum təqdim edərək NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etməsindən sonra dünyada çox maraqlı hadisələr baş verir. Bu hadisə öz-özlüyündə belə pozitiv haldır. Rusiya artıq müdafiə olunmaqdan əl çəkərək hücuma, rəsmi tələblər irəli sürməyə başlayıb. Rusiya iqtisadi sisteminin hələ də Qərbin maliyyə strukturlarından əhəmiyyətli asılılığına baxmayaraq 1991-ci ildə amerikanlar tərəfindən qurulan birqütblü dünya nizamı gözümüzün önündə aktiv şəkildə dağılmaqdadır. Və bütün dünya bunu çox gözəl başa düşür. 2021-ci ildə keçirilən ənənəvi mətbuat konfransında Putin də bu barədə açıq şəkildə bəyan etdi: “Birqütblü dünya periodu artıq bitib. Siz dünyanın dəyişdiyini, sürətli şəkildə dəyişməsini nəzərə almalısınız. Rusiyaya hansı sanksiyalar tətbiq edilmədi, bizi nələrlə qorxutmadılar. Bütün bunlara baxmayaraq Rusiya inkişaf edir, onun iqtisadi suverenliyinin səviyyəsi yüksəlir, müdafiə qabiliyyəti çox yüksək səviyyəyə çatmışdır və bir çox vacib parametrlərdə dünyanın çox ölkələrini, bəzi parametrlərə görə isə hətta ABŞ-ı keçmişdir”.
Digər tərəfdən də Qərbin təklif etdiyi, daha doğrusu bütün dünyaya sırımağa çalışdığı dəyərlər sistemi açıq-aşkar özünü doğrultmur. İnsanların beynini nə qədər yusalar da valideynlərin çoxu istəmir ki, onların uşaqları LGBT cəmiyyətlərinin təsirinə məruz qalsın, cinsini dəyişməyi düşünsün. Artıq bütün dünyaya aydın olur ki, Amerikan demokratiyası dünyanın digər xalqlarının qula çevirmək üçün istifadə edilən alətdir. Həm də Amerikan iqtisadi modeli də özünün bütün reputasiyasını xərcləmişdir. Bir qədər əvvəl elan edildi ki, ABŞ-ın dövlət borcu növbəti rekord vuraraq 30 trilyon dolları keçib. Müqayisə üçün qeyd etməliyik ki, bu rəqəm 20 il əvvəl, 2001-ci ildə 1 trilyon dollar təşkil edirdi. Bu borcun yaranmasında bir çox amillər iştirak edir, lakin əsas amil dollar əskinaslarının nəzarətsiz çap edilməsinə görədir. Heç bir qiymətli əsası olmayan, yəni heç bir dəyəri olmayan, adi kağız parçası olan dolları o qədər çap edib tədavülə buraxırlar ki, yüksək inflyasiya yaranır və bu inflyasiyanın təsiri dünyanın digər ölkələrinə də ötürülür. Başqa sözlə desək bu çoxumuza məlum olan maliyyə piramidasından başqa bir şey deyil. Və bu piramida gec-tez çökəcək. Amerika kreditorların borcunu qaytarmayacaq, amma maliyyə sistemi tam çökərkən ən çox ziyanı elə özü və onun iqtisadi zonasına daxil olan Qərbi Avropanın “inkişaf etmiş dövlətləri” görəcək. Bununla belə periferiya dövlətləri də ziyan görəcək – məsələn, Rusiya kimi dövlətlər. Və burda qeyd etmək lazımdır ki, Putin müdrik, baş verəcəkləri öncədən görən siyasətçi kimi lazım olan anda hərəkətə keçərək yeni dünya nizamında Rusiya üçün daha əlverişli yer hazırlamağa başlayıb. Həm də Rusiya dünyaya elə bir siyasi sistem modeli təklif edir ki, belə bir dünyada məsələn, Avropa dövlətləri Amerikanın vassalı deyil, həqiqətən də müstəqil dövlətlər kimi öz maraqları naminə çalışacaqlar.
Və Putinin Rusiyanın gücünü sərt formada ortaya qoymasından və yeni dünya nizamını qurmağı təklif etməsindən sonra dünya liderlərinin bir çoxu onunla danışıqlar aparmaq istədilər. Putin təkcə yanvar ayında Fransa lideri ilə dəfələrlə telefonda, Macarıstan və Argentina liderləri ilə Moskvada görüşərək danışıqlar aparmışdır. Argentina Prezidenti Moskvaya qədər durub gəlib Putinin hüzurunda açıq-aşkar bilirsiniz nə dedi? Fernandez dedi ki, “mən təkidlə bəyan edirəm ki, Argentinanın ABŞ və BVF-nun asılılığından qurtulmasının, digər dövlətlərlə, xüsusilə də bizim üçün vacib olan Rusiya ilə əlaqələrin inkişaf etdirilməsi üçün yeni imkanların açılmasının qəti tərəfdarıyam. Və mən sizi əmin edirəm, ümid edirəm ki, mənim iltizamımı qəbul edəcəksiniz, biz sizinlə əməkdaşlığı inkişaf etdirməyi çox istəyirik”. Fikir verdiniz? Birbaşa, açıq mətn – ABŞ və BVF-nun asılığından çıxmaq istəyirik. Sizi əmin edirəm ki, əgər Argentina prezidenti dünya siyasətində dönüş nöqtəsinin baş verdiyini dərk etməsə idi belə bəyanatlar verməzdi. Heç bir dövlət Argentina qədər ABŞ-ın təşkil etdiyi dövlət çevrilişlərini dadmayıb. Argentina bunun nə demək olduğunu hamıdan yaxşı bilir. ABŞ nəinki Argentinada, Latın Amerikası zonasında saysız-hesabsız dövlət çevrilişləri həyata keçirib. Elə bilirsiniz bununla da siyahı bitdi? Xeyr, bitmədi. Braziliya prezidenti bu ay Moskvaya gəlib Putinlə görüşmək istədiyini bəyan edib. ABŞ buna qəti etiraz edir. Lakin bu görüşün də tezliklə baş tutacağına şübhə yoxdur. Onlar çox gözəl başa düşürlər ki, Latın Amerikası ölkələrinin liderlərinin bu cür davranışları onlara qarşı açıq-aşkar sui-qəsddir. Onlar bundan əvvəl Argentinanın prezidentinə də təzyiq göstərməyə çalışsalar da onun putinlə görüşünə mane ola bilmədilər. Makronun bu gün Moskvaya gəlib Putinlə görüşməsi isə Fransanın ABŞ-ın Avropadakı mirasına yiyələnmək istəyindən irəli gəlir. Axı Fransanın özü Avropa Birliyində yeganə dövlətdir ki, yaxın zamanlarda qlobal güc olmaq potensialı var. Hər şey hazırki geopolitik qütblərlə münasibətləri necə qurmaqdan asılıdır. Üstəgəl ötən ilin sentyabrında ABŞ-ın 66 milyardı onun əlindən alması, özünün əsl xislətini ortaya qoyaraq müttəfiq kimi deyil, məhz quldur kimi yanaşması da burda rol oynayır. Fransızlar bundan yaman incidilər. Fransanın idarəeməsində oturan elitanın əhəmiyyətli hissəsi ABŞ-dan narazıdır. Ümumiyyətlə digər dövlətlər də Amerikanın xidmətçisi olmaq istəmirlər. Rusiyaya arxalanaraq, onunla əlaqlərini yüksək səviyyəyə qaldıraraq ABŞ-ın asılılığından çıxmağa çalışdıqları açıq-aşkar görünür. Putin demişkən, “onların ənənəvi müttəfiqləri də ABŞ-ın onlarla yuxarıdan aşağı danışmasından narazıdırlar. Bu, heç kəsin xoşuna gəlmir!”.
Beləliklə, keçək əsas məsələyə, Putinin Çin lideri Si Cinpinlə görüşünə. Bu görüşün nəticəsi olaraq Rusiya Federasiyası və Çin Xalq Respublikasının yeni epoxaya qədəm qoyan beynəlxalq münasibətlər və dayanıqlı qlobal inkişaf barədə birgə bəyannaməsi ilə bitdi. Diqqətlə fikir verin: “YENİ EPOXAYA QƏDƏM QOYAN BEYNƏLXALQ MÜNASİBƏTLƏR” Bu sənəddə tərəflər razılığa gəliblər ki:
Rusiya Federasiyası və Çin ABŞ-da kimyəvi silahların ləğvini sürətləndirməkdə israrlıdır. Vaşinqtona həmçinin Asiya-Sakit okean regionunda və Avropada yerüstü orta və yaxın mənzilli raketlərin yerləşdirilməsi planlarından imtina etməyə çağırılıb;
Hər iki dövlət xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə qarışmasına müqavimət göstərmək, xarici qüvvələrin təhlükəsizliyi pozmağa yönəlmiş hərəkətlərinə qarşı çıxmaq, “rəngli inqilablar”a qarşı çıxmaq niyyətindədirlər;
Ölkələr Şanxay Əməkdaşlıq Təşkilatını gücləndirməyə və onun çoxqütblü dünya nizamının formalaşmasında rolunu artırmaq istəyirlər;
Çin Rusiyanın uzunmüddətli hüquqi qüvvəyə malik Avropada təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərini dəstəkləyir;
Rusiya Federasiyası və Çin İkinci Dünya Müharibəsinin nəticələrinin toxunulmazlığını qətiyyətlə müdafiə etmək, tarixi təhrif etmək cəhdlərinə müqavimət göstərmək niyyətindədirlər;
Rusiya “Vahid Çin” prinsipinə sadiqliyini bir daha təsdiqləyir, Tayvanın müstəqilliyinə qarşı çıxır;
Rusiya Federasiyası ilə Çin arasında dostluğun sərhədləri yoxdur, onların əməkdaşlığında “qadağan edilmiş zona” yoxdur;
Və bir sıra digər vacib məsələlər.
Amerika öz imperiyasının dağılmasının qarşısını almaqdan, Rusiya ətrafında münaqişə ocaqlarını kürrəməkdən, Avropa ilə Rusiya arasında sanitar kordonu daha da möhkəmləndirməkdən və Rusiyaya ciddi iqtisadi sanksiyalar tətbiq etməkdən ötrü Ukraynada yeni münaqişənin anonsunu verir, əlində olan bütün mətbuat resurslarından istifadə edərək yalan xəbər yayır ki, Rusiya Ukraynaya hücum etmək üzrədir. Rusiya rəsmilərinin və hətta Ukrayna rəsmilərinin bu iddiaları inkar etmələrinə baxmayaraq Amerikanın bu isteriyası davam edir. Ukrayna daxilində birbaşa təsir edə bildikləri qüvvələrin köməyi ilə guya əhalinin Rusiyanın hücumundan müdafiə olunmağa hazırlaşması ilə bağlı videolar çəkilir və virus kimi dünya mediyasına sızdırılır. Bundan başqa ABŞ həm özü, həm də müttəfiqləri tərəfindən Ukraynaya hərbi yardımlar edilir. Bir sözlə aranı elə qarışdırırlar ki, adi bir təxribat nəticəsində müharibə başlaya bilər.
Amma güman edirik ki, hətta Ukraynada təxribat olsa belə Rusiya bu vəziyyətdən çıxmağın yolunu tapacaq, Amerikanın bu yayındırıcı manevri alınmayacaq. Amerika hansı variantlara əl atsa da qəbul edəcək ki, artıq dünya dəyişib. Amerikanın dünyaya şəriksiz ağalığı dövrü bitmişdir. Beynəlxalq münasibətlər sistemi yeni eraya qədəm qoymuşdur. Bununla nə qədər tez barışsa, bir o qədər yaxşı olacaq.

Mövzu linkləri:
Həmçinin oxuyun: