Flaş / Dünya / Gündəm / Siyasət-Dünya
Moskva İsrail səfirini izahat üçün çağırdı
Rusiya Xarici İşlər Nazirliyi bazar günü İsrailin Moskvadakı səfirini Yair Lapidin Ukraynada hərbi əməliyyatları pisləyən son açıqlamalarına görə Nazirliyə çağırıb.
İsrailin xarici işlər naziri Yair Lapid bir neçə gün əvvəl şəxsi Tvitter səhifəsində Rusiyanın Ukraynada hərbi cinayətlər törətdiyini yazmışdı.
O, sosial şəbəkədə yazıb: “Ukraynadan gələn görüntülər və sübutlar dəhşətlidir. Rusiya qüvvələri müdafiəsiz mülki əhaliyə qarşı hərbi cinayətlər törədib. Mən bu hərbi cinayətləri qətiyyətlə pisləyirəm."
Rusiya Xarici İşlər Nazirliyi İsrailin Xİ nazirinin belə bir açıqlama ilə çıxış etməsini çirkin hal kimi qiymətləndirib.
Rəsmi Moskva bildirib ki, İsrail Ukraynadakı hərbi əməliyyatlar barədə qalmaqallı açıqlamalar verərək, beynəlxalq ictimaiyyətin fikrini İsrailin uzun illərdir Fələstin xalqına qarşı cinayətlərindən yayındırmaq istəyir
Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
Valeri Korovin: Rusiya Çeçenistanda çeçenlərlə deyil, Amerika ilə döyüşürdü
Valeri Korovin. "İmperiya ərəfəsində". Rusiya-Hindistan əlaqələrində yeni epoxa
Suriya və Ukrayna "cənub" və "qərb" geopolitik cəbhəsi kimi
Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir.