Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Azərbaycan / Siyasət-Analitika / Publisistika
Azərbaycanlılar Putinə niyə hörmət etməsinki?
Aydın Əlizadə
Harada baxıram, azərbaycanlılar hər yerdə Rusiya Prezidentinə qarşı iradlar bildirir, hətta başqalarının fətvasına gedib onu Hitlerlə müqayisə edirlər. Halbuki soruşsan bu Putin sizə nə əskik hərəkət edib ki, siz başqalarının ağzına baxıb ona lənət yağdırırsınız?
Əslində əgər tarixi təhlil etsəniz, hay-küyü deyil ağılı işə salsanız, nəticəyə gələrsiniz ki, Rusiya tarixində Azərbaycan və azərbaycanlılarar üçün ən yaxşı hökmdar məhz Putundir. Heç bir rus çarı, ya SSRİ KP katibləri azərbaycanlıların maraqlarını onun qədər təmin etməyiblər. Elə götürək ondan qabaqki Yeltsinin dövrünü. Rusiyada yuxarı başda olan demokratlar Azərbaycanın maraqları ilə hesablaşmamış, bizə hərtərəfli ziyan vururdular.
Putinin gəlişindən sonra birincisi Rusiyada Azərbaycanlıların mövqeyi möhkəmləndi, onlar sosial baxımdan təkcə bazar adamları deyil, həmdə ziyalı təbəqəsi kimi ictimai həyata daxil oldular. Eyni zamanda azərbaycanlı milyarderlər, varlı adamlar təbəqəsi də yarandı.
Putin Azərbaycan Respublikasının sərhədlərini tanıdı və bir sıra mübahisəli məqamları bizim xeyrimizə həll etdi. Onun dövründə Azərbaycanla Rusiya arasında ticarət mübadiləsi artdı. Sonda isə Qarabağ müharibəsində Putin öz müttəfiqi olan Ermənistana dəstək vermədi, Türkiyənin Azərbaycana yardım etməsinə əngəl olmadı və bizim müharibəmizə müdaxilə etmədi. Bunun nəticəsində biz qalib olduq və Qafqaz regionunda vəziyyətimiz möhkəmləndi.
Eyni zamanda Putinin Qarabağın azca qalan hissəsinə rus sülhməramlılarının bizim hakimiyyətimizin icazəsi ilə yerləşdirməsi də bizi Avro-Atlantik ölkələrin ernəniləri "soyqırım" etməmiz ittihamından qurtardı. Əks təqgirdə onlar bizə gün verməzdilər.
Bütün bunları ümumiləşdirərək onu deyə bilərəm ki, azərbaycanlılar ağılla yanaşsalar Putinə qarşı dil uzatmazlar. Çünki bunun əsası yoxdur. O ki qaldı Putinin başqaları ilə apardığı siyasətə ondan bizə nə? Onlar özləri bilərlər.
Yoxsa indi soruşsam nə üçün onu sevmirsiniz, deyəcəklər onu bütün dünya sevmir. Nə olsun, bizə dünyadan nə? Onlar bizim maraqlarımızı nə vaxt dəstəkləyiblər ki, indi biz də onların etdəklərini dəstəkləyək? Onlar üçün Putun düşməndirsə bunun bizimlə əlaqəsi yoxdur. Onun bunun ağzına baxmaq yox, ağılla təhlil edib düzgün nəticələr əldə etmək lazımdır.

Mövzu linkləri: