Flaş / Gündəm / Azərbaycan / Publisistika
Qadınlara qeyri-adi təbrik mesajı
Cəmil Şirvanov
Bir neçə il bundan qabaq feministlərin aktivləşdiyi və ölkə gündəmini zəbt etdiyi bir vaxtda yazdığım facebook statusuna düzəlişlər edib həmin sözlərlə qadınları təbrik etmək istədim:
Əziz Azərbaycan qadını! Sənin feminizm nəbilim nə zibilizm kimi cərəyanlara meyl etməyinə gərək yoxdur. Reallıq hissini itirmə. Onsuz da siz qadınlar çoxdan məcazi mənada minmisiz biz kişiləri. Düşmək fikrinizin olmaması bəs deyil, üstəlik bu yükü ağırlaşdırmağa çalşırsız. Əlbəttə ki, biz kişilər də ideal deyilik. Ümumiyyətlə ideallar həmişə kağız üzərində olur, həyatda deyil. Sözümün canı odur ki, sizin əslində halınızdan şikayət etməyə haqqınız yoxdur. Elə biz kişilərin də. Çünki mən iddia edirəm ki, siz bir çox şeylərdə bizdən üstün mövqeyə maliksiz və 1-2 şeyi çıxmaq şərtilə hər şeyə nəzarət edirsiz, istədiyinizi edirsiz.
Bineyi-qədimdən belə olub ki, yəni Allah elə edib ki, biz kişiləri sizə möhtac edib. Ana olaraq bizi doğursuz, bəsləyirsiz. Boya - başa çatdırdığınız dövr ərzində beynimizə "sən kişisən" "sən böyüməlisən, oxuyub böyük adam olmalısan, ananı saraylarda yaşatmalısan"(atasından ala bilmədiyiniz merkantil istəklərinizi oğlundan almağa çalışırsız) tipli fikirləri yeridirsiniz. Bundan sonra gəlir kişinin "cavanlıq" dövrü: Girlfriend, sevgili, aşna rolunda da vəziyyət dəyişmir. "Saraylarda yaşamaq" tipli arzularınız bizimlə həyatın ağırlığına, zəhərinə dözmək istəyinizdən dəfələrlə güclü olur: Bəzi istisnaları çıxmaq şərtilə evsiz-eşiksiz, kasıb oğlana ərə getmirsiz. Buraxın ərə getməyi, hər gün və ya həftədə bir neçə dəfə sizi gəzməyə çıxarmadığına, restoranlara aparmadığına görə bir oğlanla ya münasibət qurmursuz, ya da qurandan az sonra bitirirsiz.
Gənclik dövründə başqa bir problem də yaşadırsız: O qədər eqoistsiniz ki, oğlunuzun başqa qadını sevməsini belə qısqanırsız. Bunu həzm edə bilmirsiz. Gəlinlə ömür boyu bunun davasını aparırsınız(hərdən bu mübarizə üzdə görünməsə də aparırsız).
Digər problem bundan ibarətdir ki, ata evində uşaqlıqda sizə göstərilən şahzadə müamiləsini daha görməyəndə və dannaq yeməkdən bezəndə vəziyyəti dəyişmək qərarına gəlirsiz. Bu zaman hansısa bədbaxt düşür torunuza, ərə gedirsiz. Mən əminəm ki, sizin 99,99999999%-niz ərə geyməyin əslində nə olduğunu bilmir(əlbəttə ki, ərə gedənə qədər). Düşünürsüz ki, ağ atlı şahzadə sizi aparır və bundan sonra bütün ömrü sizin başınıza fırlanmaqla keçəcək. Ona görə də sizin üçün əsas məsələ ailəni qurub ərinizlə birgəyaşayış şəklində yaşamaqdan çox nişan üzüyünün, bayram xonçalarının, toydakı hədiyyələrin və s. daha dəyərlidir. Siz gəlinlik geyinməyib evlənsəniz bunu ömrünüz boyu bunu ərinizə bağışlamırsız(boynunuza alsanız da almasanız da bu, belədir). Gəlinlik paltarını geyinib qohum-qonşuya acıq verməklə özünü göstərmək kimi bir arzunun həyata keçməsi sizin üçün daha dəyərlidir nəinki sevdiyiniz insanla həyatın zəhərini içməyə hazır olmaq. Evlənəndə elə bilirsiz ki, azadlığa çıxdınız, atanın, qardaşın, ananın öyüd-nəsihətindən və məhdudiyyətlərindən canınız qurtaracaq: “Ərdi də, bir az könlünü alacam, manipulyasiya edəcəm və istədiyimi edəcəm” - deyə düşünürsünüz. Amma işlər belə alınmır deyə düşürsüz depressiyaya. Həyatın ən adi şeylərini, ən normal saya biləcəyimiz çətinliklərini dərk edə və ya həzm edə bilmirsiz. Bunu həzm edə bilmirsiz deyə çox şeyə dözdüyünüzə baxmayaraq dözümsüzlük mücəssəməsi olursunuz.
Ev işlərini görmək istəmirsiz, amma 4 mərtəbəli villa istəyirsiz. Uşağa baxmaq istəmirsiz, amma doğursuz. Ərinizin seksual tələbatlarını ödəyə bilmirsiz, amma həvəsini başqa qadınla öldürməsinə qarşısız. Evə gələndə ağzınızdan bir xoş söz çıxmır, cılız məişət qayğılarınızla kişini bezdirirsiz, Amma onun söhbəti xoş olan bir qadınla münasibət qurub sizi tərk etməsini həzm edə bilmirsiz.
Təkcə siz sığallanmaq istəmirsiz bu dünyada - işilər sizdən çox sığal istəyir. Öz aramızdır, bunun da səbəbkarı sizsiniz ha. Sığallayaraq böyütmüsüz bizi. Biz kişiləri-mamont ovlayan varlıqları elə bir hala salırsınız ki, 17 kvadratlıq otaqda corabımızın yerini tapa bilmirik.
Ümumiyyətlə sizin bizdən narazılıq etməyə haqqınız yoxdur. Cəmiyyət içində sizə həmişə hörmətlə yanaşırıq. Yanınızda danışığımızdan tutmuş oturuşumuzadək fikir veririk. Bütün nəqliyyat növlərində sizə yer veririk - baxmayaraq ki, axşama qədər eşşək kimi işləyib yoruluruq. Kişilərin bir çoxunun oturmağa ehtiyacı sizdən daha çox olur əslində. Amma biz sizə yer veirik. İctimai nəqliyyat bir yana, manatlıq, iki manatlıq taksi-marşrutlarda belə imkan vermirsiz rahat olaq. Elə bil həmin maşın dədənizin və ya ərinizindir. Orda da gəlib "arxaya keç", "sağda otur" kimi tələblər irəli sürürsüz.
Bütün bunları qoyaq kənara. Gələk sizin hüquqi müdafiənizə. Qanunlarımızda qadınlara bir çox hallarda üstünlük verilib. Qadın hüquqları xüsusi normativ-hüquqi aktlarla qorunur. Amma heç bir qanunvericilik aktında kişi hüquqları deyilən bir şey yoxdu. Hətta cinayət törətdiyiniz zaman belə sizə az cəza verilir. Baxçayaraq ki, siz heç də kişilərdən az cinayət törətmirsiniz. Törətdiyiniz cinayətlərin əksəriyyətiqəsdən adam öldürmə və narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlıdır.
Hərbi xidmət keçmirsiz, qul bazarında durub iş gözləyəndə "evə əliboş getsəm yenə kopaqqızı deyinəcək" kimi bir dərddən zara gəlib sonra da "haqqı var deyə" özünüzü ovutmursuz.
Başımızın bu qayğılardan dincəlməsi üçün ayda bir dəfə pivəxanalarda dincəlirdik, gəlib oranı da zəbt edirsiz yavaş-yavaş. Sizin əlinizdən hara qaçaq?
Gələk başqa bir məsələyə. Siz o qədər eqoistsiz ki, öz balanız, yəni birbaşa doğduğunuzdan başqa heç kəsə daha yaxşısını hətta arzulaya bilmirsiz. 7 milyardlıq bəşəriyyəti bir övladınıza düşünmədən qurban verərsiz. Təki balanızın qarnı tox, canı sağ olsun. Başqalarına narahatlıq, ölüm olsa da olar. Amma bədbaxt kişi ümumi və daha mühüm dəyərlərin qorunması üçün balasını da, atasını da, anasını da canını da malını da qurban verər.
Başa düşürəm ki, aramızda olan bütün bu müxtəliflik əslində bizim ayrı-ayrı növdən olan canlı olmağımıza görədir(hərçənd ki, bunu rəsmi elm etiraf etmir). Şəxsən mən bunu başa düşüb sizə nifrət eləmirəm. Siz isə sadəcə bir kişiyə görə bütün kişilərə nifrət bəsləyəcək və ya önyarqılı davranacaq qədər emosional, eqoist, biraz da... nəisə.
P.S.Sözlərim ağır oldusa üzr istəyirəm. Amma həqiqəti deməyi özümə borc bildim. Sonda isə sizin layiq olanlarınızı, yəni həqiqətən də zəhmət çəkib kişilərlə bərabər həyatın hər bir ağırlığına sinə gərən qadınları təbrik edirəm. Həmrəy olun - nəbadə qadınlarla, kişilərlə həmrəy olun! Yalnız o zaman həm sizin həm də bizim xoşbaxt olmağa şanslarımız artır.

Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir.
A. Duqin: Qərblə əməkdaşlıq edən hər kəs cəzalanacaq
RUSİYADA PENSİYA İSLAHATI VƏ ONUN ARXA PLANINA QISA EKSKURS
Valeri Korovin: Rusiya Çeçenistanda çeçenlərlə deyil, Amerika ilə döyüşürdü