Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Azərbaycan / Publisistika
15:55, 07 mart 2022
477
0

Nadir Qocabəyli - İşğalçı birmənalı olaraq ABŞ-dır


Müharibə Amerika ilə Rusiya arasında gedir.

İşğalçı birmənalı ABŞ-dır.

Rusiya müdafiə tədbirlərinə məcbur olub.

Ukraynanı müdafiə etdiyini deyənlər əslində dolayısı ilə Amekanı müdafiə edirlər, bunu birbaşa etməyə üzləri yoxdur. Çünki ən azından haqsız görünəcəklər...

Bu elə Amerikanın təbliğ etdiyi hər şeyi yalandan, saxtakarcasına etmək əxlaqıdır.

NATO-nun Pribaltikada olduğu və Ukraynada olmasının da Rusiyaya heç bir dəxli olmadığını deyənlər. Bəli, Rusiya bu günə kimi Amerikanın bu hərəkətlərinə dözdü, ancaq daha dözmək istəmir. Hər şeyin bir həddi var. Rusiya bir çox səbəblərdən Ukraynanı özünün "qırmızı xətti" sayır və haqlıdır. Səbəblər çoxdur, sadalamayacağam.

Rusların haqlı olması, ədalətli davranması elə Pribaltikaya və Ukraynaya fərqli münaisbətindən də görünür. Rusiya Pribaltikanı zorla saxlamaq istəmir, çünki fərqli etnik mənsubiyyət, fərqli məzhəb, fərqli mədəniyyət var ortada. Ancaq Ukrayna haqqında bunu demək olmaz. Pribaltlar Rusiyanı istəməyə bilər, amma Ukraynanın böyük hissəsi Rusiya ilə yaxınlığa üstünlük verir.

Rusiya Azərbaycana qarşı da Ukrayna qədər həssas deyil. O bizim türkdilli olmağımız, Türkiyə ilə yaxınlığımız, azərbaycanlıların Türkiyə sevgisi ilə hesablaşır. Eyni zamanda azərbaycanlılar arasında Rusiyaya rəğbət bəsləyənlərin, onunla yaxın olmaq istəyənlərin az olmadığını bilir. Təkcə elə 4 milyona yaxın azərbaycanlının Rusiyada yaşaması və işləməsi faktı yetərlidir.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)