Flaş / Gündəm / Azərbaycan / Publisistika
Nadir Qocabəyli manafbaşlar haqqında
Dostlar sual qoyur ki, Manaf Ağayevə bu qədər maraq haradandır? Niyə məsələn, İlqar Məmmədov, Əli Əliyev tutulanda bu qədər hay-küy qalxmadı?
Cavab çox sadədir? Xalqımız özü daha çox Manafdır, nəinki o birilər? Cəmiyyətimizə Manaf o birilərdən daha çox lazımdır. O birilərin havayı danışmasını dinləməyənlər, Manafa qulaq asmaq üçün ətək-ətək pul xərcləyirlər.
Mənim bir keçmiş dostum oğlunun sünnət toyunda Manafın oxuması üçün dollar 78 qəpik olanda 6 min manat vermişdi. Manafın toya gəlməsini İqbal Ağazadə təşkil etmişdi.
Biz buyuq, qardaş. Neyləmək olar? Heç nə. Gözləməliyik ki, manaflar, manafbaşlar, manafzövqlər azalsın. Başqa yolumuz yoxdur.
Onu qanunsuz Füzuliyə buraxan dövlət qulluqçuları da manafbaşdır. Onlar qanunlardan çox Manafa sitayiş edirlər. Səviyyə budur.
Elə bilirsiniz, Manaf postu keçmək üçün onlara pul verib? Xeyr! Bu adamlar, çox güman ki, Manafla şəkil çəkdirmək üçün növbəyə durublar və onu baş əyə-əyə buraxıblar.
Süleyman Abdullayevi buraxsaydılar, yenə haradasa başa düşmək olardı. Amma onu yəqin ki, heç tanımırlar. Çünki indi manafların, manafbaşların zəmanəsidir. Halbuki Füzulidən çıxan ən yaxşı xanəndə məhz Süleyman kişidir...
Onu da deyim ki, Süleyman Abdullayev kimi adamlar qanunları pozmağa meyilli olmurlar...
Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
Azərbaycanın əmək bazarı: Qiymətlər ceyran belində, qul əməyinə isə qəpik-quruş təklif edilir
Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir.
A. Duqin: Qərblə əməkdaşlıq edən hər kəs cəzalanacaq
Valeri Korovin: Rusiya Çeçenistanda çeçenlərlə deyil, Amerika ilə döyüşürdü