Flaş / Gündəm / Siyasət-Analitika / Publisistika
15:47, 18 yanvar 2022
613
0

Şəbəkə müharibəsi nədir - 2

Cəmil Şirvanov
Şəbəkə müharibəsi nədir mövzusunda ikinci yazını diqqətinizə təqdim edirik. Əvvəli ötən sayda.

Şəbəkə müharibəsinin mərhələlərindən biri də ictimai rəyin, sosial proseslərin elə formalaşdırılmasıdır ki, onlar ya baş verən transformasiya prosesinə müqavimət göstərməsinlər, ya da bu transformasiyalarda,  cəmiyyətin əsas parametrlərində baş verən dəyişikliklərdə elə iştirak etsinlər ki, cəmiyyət bu proseslərin iştirakçısına, baş verənlər isə cəmiyyətin öz iradəsinin nəticəsinə çevrilsin.

Bu cür sosial transformasiyaların sifarişçisi əksər hallarda Amerika Birləşmiş Ştatları olur. Amerika strateqləri bu şəbəkələri – yerlərdə, real mühitdə olan real sosial komyunitiləri -  amerikan strategiyasının texnoloji modellərinə qoşaraq özlərinə lazım olan konteksti formalaşdırır və əvvəlcədən müəyyən edilmiş nəticələrə nail olurlar. Bu formada ABŞ-ın maraqları naminə sosial və ideoloji transformasiya proseslərinə daxil olan, çox vaxt bu prosesdə aktiv iştirakçı olan, ən minimumu baş verən dəyişikliklərə müqavimət göstərməyən əhalidən istifadə edərək, ərazi, dövlət, bütün xalq, bütöv bir geosiyasi landşaft  və ya region üzərində birbaşa strateji nəzarət qurulur. Şəbəkə müharibəsinin əsas mənası və əsas mexanizmi də elə budur - cəmiyyətin daxili enerjisindən istifadə edərək dövləti dağıtmaq, əraziləri ələ keçirmək. 

“Altıncı nəsil müharibə” də adlandırılan şəbəkə müharibəsi düşmənin nüvə arsenalı da daxil olmaqla, təcavüzü dəf etmək üçün istənilən silahından istifadə edə bilmədiyi bir vəziyyətdə qələbə texnologiyasıdır. Müharibə o qədər görünməz şəkildə aparılır, qələbə o qədər sürətli və aşkar olur ki, hətta ən müasir silahların və hərbi texnikaların belə bu müharibədə heç bir faydası olmur.

Hakim rejimlərin dəyişdirilməsi, “rəngli inqilablar”, konkret məkana nəzarət etmək, hərbi bazaların yerləşdirilməsi və kütlələrin ictimai şüurunun dəyişməsi – bunlar həm “hadisənin” başa çatdığı hesab edilən vaxtdan “əvvəl”, həm “baş verən” zaman, həm də “hadisədən sonra” aparılan şəbəkə əməliyyatlarının nəticələrindən yalnız bir neçəsidir. Şəbəkə müharibələri həm düşmənlərə, həm dostlara, həm də neytral qüvvələrə qarşı aparılır, hər üç tərəfin davranışları formalaşdırılır Bu, hələ döyüş başlamamış qalibiyyət deməkdir.

Bu gün şəbəkə strategiyalarının istehsal mərkəzi Pentaqon, əsas sifarişçi Amerika Birləşmiş Ştatlarının hökuməti, təsir obyekti bütün dünya ölkələridir. Lakin ilk növbədə onların əsas geosiyasi rəqibi...Rusiyadır. Çünki əsas mübarizə dünya ağalığı uğrunda gedir və stavkalar maksimum dərəcədə yüksəkdir. Tanınmış amerikalı geosiyasətçi Zbiqnev Bjezinski ABŞ-ın məqsədini açıq şəkildə “yeni yaradılmış, ənənəvi milli dövlətlər sistemi çərçivəsindən kənarda inkişaf edən beynəlxalq münasibətlər şəbəkəsindən yararlanmaqla əldə edilmiş əlavə tarixi üstünlük vasitəsilə “öz dominant mövqeyini möhkəmləndirmək zərurəti” kimi müəyyən edir. Beynəlxalq səviyyəli korporasiyalar, qeyri-hökumət təşkilatları (mahiyyət etibarilə transmilli) və elmi icmalar tərəfindən toxunan və İnternet tərəfindən daha da inkişaf etdirilən bu şəbəkə artıq mahiyyət etibarı ilə qlobal miqyasda daha nizamlı və inklüziv əməkdaşlığa rəvac verən qeyri-formal dünya sistemi yaradır. Bütün bunlar son nəticədə “Amerikanın ilk, yeganə və sonuncu həqiqətən qlobal supergüc kimi rolunu lazımi qaydada qanuniləşdirəcək”. Son nəticədə bütün bunlar “Amerikanın ilk, yeganə və sonuncu həqiqi qlobal supergüc kimi rolunu lazımi qaydada qanuniləşdirəcək”.

Şəbəkə müharibəsi hal-hazrda da gedir. Şəbəkəyə “daxil olan” hər kəs onun iştirakçısına çevrilir və onun son məqsədi Rusiyanın zəiflədilməsi, parçalanması və suverenliyini itirməsidir. Yəni bu, həm də Rusiyaya qarşı aparılan müharibədir. Bizə yalnız bu texnologiyanın mahiyyətini başa düşmək qalır ki, düşmənin əlində özümüzü məhv edən alətə çevrilməyək. Əgər çevrilsək bizdən Rusiyaya qarşı istifadə ediləcək, lakin bu istifadə müddəti ərzində bizimki bizə dəyəcək. Onsuz da çox kövrək bağlarla bir-birinə bağlanmış cəmiyyətimiz zorla ayaq üstə durur. Yuxarıda deyildiyi kimi, bu müharibə həm dostlara, həm düşmənlərə həm də neytral ölkələrə qarşı aparılır. Ona görə də bitərəf qalmaq, ABŞ-ın dostuna çevrilməklə bu müharibədən yayına bilmərik. Müharibədən zərər çəkməməyin ən yaxşı yolu bu müharibənin mahiyyətini dərk edib ABŞ-ın bizi istifadə etməsinə yol verməməkdir.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)