Flaş / Dünya / Gündəm / Siyasət-Analitika / Publisistika
Şəbəkə müharibəsi nədir?
Cəmil Şirvanov
Bu yazıda sizə Azərbaycanda heç bir siyasi şərhçinin, politoloqun söhbət açmadığı(bəlkə də bilmədiyindən) bir mövzu – Şəbəkə müharibəsi barədə danışacağam.
Nədir Şəbəkə müharibəsi? Anlayışını verməzdən qabaq deyim ki, çox maraqlıdır. ABŞ-ın dünyanı necə qarışdırdığının, hansı strategiyadan istifadə edərək çevrilişlər, inqilablar, terror təşkilatları hazırladığının cavabı bu iki kəlmə ilə ifadə edilən strategiyanın altında yatır. Bu yazıda lap qısa anlayış veriləcək. Gələcəkdə geniş məqalələrlə daha ətraflı məlumat verəcəyəm. Mən ilk dəfə bu strategiya haqqında məlumatlara rusiyalı politoloq, İzbor klubunun üzvü, Geopolitik ekspertizalar mərkəzinin direktoru Valeri Korovinin “İmperiya Ərəfəsində” əsərini tərcümə edərkən rastlaşmışam. Lakin sırf bu mövzuya aid kitabını oxumağa başladıqdan sonra düşündüm ki, qısa-qısa da olsa bu barədə məlumatları siyasət haqqında ciddi məlumatları oxumağı sevən oxucular üçün paylaşsam yaxşı olar.
Beləliklə, başladıq. Şəbəkə müharibələri konsepsiyasını yaratmış və bu konsepsiyanın ABŞ-ın hərbi strategiyasına daxil edilməsinə nail olmuş şəxs vitse-admiral Artur K. Sibrovskidir.
Bu müharibə internet şəbəkəsində hakerlərlə, viruslarla aparılan müharibə deyil, lakin internetin özü bəzən bu müharibənin bir alətinə çevrilir. Şəbəkə müharibəsi adi silah-sursatdan istifadə etməməklə düşməni məğlub etməyə və ərazilər ələ keçirməyə imkan verən Pentaqonun son hərbi-strateji konsepsiyasıdır.
Şəbəkə müharibələrinin aparıldığı mühit postmodern informasiya məkanının formalaşdırdığı müasir informasiya cəmiyyətidir, nəticəsi isə “döyüş” başlamadan düşmən üzərində tam hərbi qələbədir. Lakin döyüş bizim başa düşdüyümüz ənənəvi, klassik anlamda baş vermir. Ümumiyyətlə şəbəkə müharibəsi “alatoranlıqda”, adi, məlumatsız, bu strategiyadan xəbəri olmayan insanların görmədiyi bir şəraitdə baş verir.
Beləliklə, şəbəkə müharibəsinin əsas məqsədi və hədəfi klassik silahlardan istifadə etmədən, ən yaxşısı isə ümumiyyətlə birbaşa hərbi aqressiyadan istifadə edilmədən ərazini ələ keçirmək, onun üzərində nəzarət həyata keçirməkdir.
Şəbəkə müharibəsində birbaşa hərbi müdaxilədən bir halda - ən son mərhələdə istifadə olunur ki, bu da son nöqtəni qoymaq üçün istifadə edilir. Burada artıq söhbət şəbəkəsentrik müharibədən, yəni informasiya texnologiyalarının dominantlığı şəraitində yaranan ABŞ silahlı qüvvələrinin müasir döyüş fəaliyyətindən gedir. Lakin şəbəkə müharibəsinin əsas mənası sosial şəbəkələrdən - internet şəbəkələrdən deyil, real cəmiyyət şəbəkələrindən - real insanların sosial birliklərindən, real kollektivlərdən, qruplardan, hərəkatlardan, təşkilatlardan ilkin şərtlər və zəruri kontekst yaratmaq üçün istifadə edilməsidir. Yəni bu və ya digər ərazini, dövləti və ya insanları bundan sonra başqa strateji modellərə tabe olacağı faktı ilə üzbəüz qoymaq üçün bu cəmiyyəti hazırlamaq lazımdır - elə bir kontekst yaratmaq lazımdır ki, cəmiyyət baş verən köklü sosial və siyasi dəyişiklikləri normal, hətta müsbət qəbul etsin. Belə olan təqdirdə cəmiyyət yeni düşüncəyə tabe olmağa, özgənin məntiqini qəbul etməyə hazır olur, deməli, fəth edilmiş sayılır.
Hələlik bu qədər. Ardı var...

Mövzu linkləri:
Həmçinin oxuyun: