Flaş / Gündəm / Azərbaycan / İqtisadiyyat-Dünya / İqtisadiyyat-Azərbaycan
Elçin Bayramlı: Yerli istehsalçılar sıradan çıxıb, onların yerini idxal monopolistləri tutub.
Artıq o gün gəlib çatdı, dünyada ərzaq böhranı başlayır, biz isə bu sahəyə ayrılan milyardlarla vəsaitə rəğmən ərzaq təhlükəsizliyimizi təmin edə bilməmişik, idxaldan asılılığımız getdikcə artır.
Yerli istehsalçılar sıradan çıxıb, onların yerini idxal monopolistləri tutub. Bazarlar alverçi mafiyası tərəfindən işğal edildiyindən, kəndlilərə öz məhsullarını küçədə satmağa polis tərəfindən imkan verilmədiyindən onlar məhsul əkib becərməkdə, heyvan və quş saxlamaqda maraqlı deyillər. Faktiki olaraq məhsul əkib becərənlər zərərə düşür və bu işdən əl çəkirlər. Nəticədə öz təbii və faydalı yerli nemətlərimiz əvəzinə xaricdən ən ucuz qiymətə alınıb burada ən baha qiymətə satılan zərərli GMO məhsulların ümidinə qalmışıq. Əhali qida əvəzinə qidaya bənzədilmiş naməlum mənşəli təhlükəli məhsullarla qidalanır. Bu səbəbdən xəstəliklər artır, apteklər və xəstəxanalarda daimi növbədir. Milli genefondumuz sıradan çıxır.
Vaxtilə xaricə satdığımız, çay, limon, meyvə, tərəvəz, ət və süd məhsulları, paxlalılar, tütün, taxıl kimi məhsulları indi xaricdən idxal edirik. Yalnız göyərti tam yerli məhsuldur. Keçən dövrdə aqrar sektoru dirçəldə bilmədik, ərzaq təhlükəsizliyimizi təmin edə bilmədik. Neft satıb hər şeyi xaricdən alacağımızı düşündük, amma iş orasındadır ki, nefti satıb benzini də xaricdən alırıq. Pambığı su qiymətinə satıb 100 qat bahasına paltar alırıq. Qarşıdan qlobal quraqlıq, ərzaq böhranı gəlir, biz isə tam hazırlıqsız vəziyyətdəyik.
Artıq gec olsa da, qarşılaşacağınız böhranı heç olmasa bir qədər yumşaltmaq üçün aqrar sektorda, ümumən iqtisadiyyatda təcili inqilabi islahatlara başlamaq lazımdır. Bunun detallarını iqtisadçı ekspertlər illərdir açıqlayıblar deyə burada təkrar etmirəm, hökumət özü də nə etmək lazım olduğunu yaxşı bilir. Nəyi gözləyirlər, niyə etmirlər, burası aydın deyil. Bu ölkəni, bu xalqı, bu dövləti beş-on idxal monopolistinin mənafeyinə qurban vermək olmaz. Ümidvaram bunu başa düşürlər.
Qonşu işığına ümid olan şamsız qalar. Qaranlıq çökəndə heç kim öz şamını bizə verməyəcək. Öz şamımızı düzəltməyin vaxtıdır.
Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
AZƏRBAYCANA OSMANLI TƏCAVÜZÜ
Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir.
Əgər sosial yardımı verə bilmirsinizsə, onda zəhmət olmasa ləğv edin
Azərbaycan məhsulları ilk dəfə "Heimtextil Russia 2021" sərgisində