Flaş / Dünya / Azərbaycan / İqtisadiyyat-Azərbaycan
Azərbaycan məhsulları ilk dəfə "Heimtextil Russia 2021" sərgisində
Moskvada keçirilən sərgidə Azərbaycan şirkətləri "Made in Azerbaijan" vahid ölkə stendi ilə təmsil olunacaq.
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sentyabrın 14-də Rusiyanın Moskva şəhərində ev tekstili, interyer parçaları və dekor materiallarının nümayiş olunduğu "Heimtextil Russia 2021" sərgisi öz işinə başlayır.
Sərgidə dünyanın hər yerindən tekstil sahəsində fəaliyyət göstərən şirkətlər öz məhsullarını təqdim etmək, həmçinin təcrübə mübadiləsi və yeni əməkdaşlığın qurulması imkanı əldə edəcəklər.
Sərgidə interyer və ev tekstili, xalçaçılıq, iplik istehsalı kimi məhsulların istehsalında fəaliyyət göstərən Azərbaycan şirkətləri "Made in Azerbaijan" vahid ölkə stendi ilə təmsil olunacaq.
Eyni zamanda, Azərbaycanın qədim sənət nümunəsi olan, incə ornamentləri və zərif naxışları özündə birləşdirən Azərbaycan xalçaları da xüsusi milli stenddə nümayiş olunacaq.
Sərgi sentyabrın 16-dək davam edəcək.
Qeyd edək ki, bundan başqa, 21-24 sentyabr tarixlərində keçiriləcək “WorldFood 2021” sərgisində xarici ölkələrdən və Rusiyanın 40-dan çox regionundan aparıcı qida məhsulları istehsalçıları və təchizatçıları geniş çeşiddə qida məhsullarını təqdim edəcək. Sərgidə qida və içki sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri “Made in Azerbaijan” brendli məhsullarını nümayiş etdirəcəklər.
Ölkəmiz bu il artıq 5-ci dəfə “WorldFood 2021” sərgisində vahid ölkə stendi ilə təmsil olunacaq.
Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
Valeri Korovin: Rusiya Çeçenistanda çeçenlərlə deyil, Amerika ilə döyüşürdü
Valeri Korovin. "İmperiya ərəfəsində". Rusiya-Hindistan əlaqələrində yeni epoxa
Azərbaycan Moskvada beynəlxalq turizm sərgisində Şuşa stendi ilə təmsil olunur
Rusiyanın işgüzar missiyası: ixracatçılar Azərbaycana nə təklif edəcəklər?