Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Region
14:42, 27 dekabr 2021
491
0

Lavrov: "NATO SSRİ dağılandan sonra sırf sahibsiz ərazilərİ mənimsəmək üçün saxlanılır"


Şimali Atlantika Alyansı SSRİ və Varşava Müqaviləsi Təşkilatı dağılandan sonra sırf sahibsiz əraziləri mənimsəmək üçün saxlanılan geosiyasi layihədir

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalist Vladimir Solovyova müsahibəsində bildirib.

“NATO hazırda Varşava Müqaviləsi Təşkilatının yoxa çıxmasından və Sovet İttifaqının dağılmasından sonra sırf sahibsiz qalan əraziləri mənimsəmək üçün geosiyasi layihədir. Onlar bununla məşğuldurlar", - Rusiya XİN başçısı vurğulayıb.

S. Lavrov Rusiya-NATO Şurasının iclasında Rusiyadan yüksək vəzifəli hərbçilərin iştirak edəcəyini qeyd edib: “Moskva NATO-dan da bunu gözləyir”.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)