Flaş / Gündəm / Azərbaycan / İqtisadiyyat-Azərbaycan
Ermənistanın təcavüzü nəticəsində zərər vurulmuş obyektlərin bərpası və təmirinə 30 milyon manat ayrılıb
Prezident İlham Əliyev 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsinin təmin edilməsi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 30 (otuz) milyon manat vəsait ayrılıb.
Mövzu linkləri:
Həmçinin oxuyun:
Ermənistanın təcavüzü nəticəsində kənd təsərrüfatına dəymiş ziyanın aradan qaldırılmasına 1,4 milyon manat ayrılıb
Prezident bir sıra yolların tikintisinə 6,8 milyon manat vəsait ayırdı
Aleksand Duqin: İlham Əliyev — müdrik və uğurlu siyasətçidir
Rusiyanın hipersəs raketləri F-35 və F-22-lərin fəaliyyətini heçə endirir
Azərbaycan MN sərhəddə atışma barədə Ermənistanın yaydığı məlumata münasibət bildirib