Flaş / Gündəm / Azərbaycan
Prezident bir sıra yolların tikintisinə 6,8 milyon manat vəsait ayırdı
Prezident İlham Əliyev "Salyan rayonunun Salyan–Neftçala magistralını Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı və Ərəbqardaşbəyli kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.
Sərəncamla Salyan–Neftçala magistralını 6 min nəfər əhalinin yaşadığı Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı və Ərəbqardaşbəyli kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 6,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Mövzu linkləri:
Həmçinin oxuyun:
6-cı kolonun dövlətçiliyimizə qarşı yaratdığı təhlükə barədə
Rusiyanın hipersəs raketləri F-35 və F-22-lərin fəaliyyətini heçə endirir
Maduro COVAX-ı peyvəndlə bağlı öhdəliyi yerinə yetirməməkdə ittiham edib
Yunanıstan Azərbaycan vətəndaşları üçün məhdudiyyətləri ləğv edib
Azərbaycanın qeyri-neft ixracı 27 % artıb