Flaş / Gündəm / Azərbaycan / Siyasət-Azərbaycan
15:20, 06 iyul 2021
387
0

Azərbaycan MN sərhəddə atışma barədə Ermənistanın yaydığı məlumata münasibət bildirib


Müdafiə Nazirliyi: “Ermənistan tərəfinin dövlət sərhədində baş vermiş insidentlə bağlı yaydığı məlumata cavab olaraq bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılmayıb. Şəxsi heyətimiz arasında heç bir yaralanan yoxdur. Əgər Ermənistan silahlı qüvvələrində hər hansı bir itki və ya yaralı varsa, bu, yalnız öz aralarında baş verən insident nəticəsində ola bilər”

Ermənistan MN Qeqarkunik vilayətinin Verin Şorja kəndi (Azərbaycanın Kəlbəcər rayonu ilə həmsərhəd) yaxınlığında atışma baş verdiyini, Ermənistan tərəfdən bir, Azərbaycan tərəfdən isə iki hərbçisinin yaralandığı barədə məlumat yaymışdı.



Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)