Flaş / Gündəm / Azərbaycan / İqtisadiyyat-Azərbaycan
15:27, 06 iyul 2021
267
0

Ermənistanın təcavüzü nəticəsində kənd təsərrüfatına dəymiş ziyanın aradan qaldırılmasına 1,4 milyon manat ayrılıb


Prezident İlham Əliyev 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində kənd təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

APA-nın məlumatına görə, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində kənd təsərrüfatına (kənd təsərrüfatı məhsulları, texnika, əkin sahələri, mal-qara və s.) dəymiş ziyanın aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 1 400 000 (bir milyon dörd yüz min) manat vəsait ayrılıb.



Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)