Flaş / Dünya / Siyasət-Dünya / Siyasət-Region
15:00, 14 avqust 2021
316
0

İngiltərə İrana olan borcunu bu şərtlə ödəyəcək


İran Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçi İranda saxlanılan İran əsilli ingilis məhkumun azadlığa buraxılmasını istəyən İngiltərə Baş naziri Boris Consonun xahişinə cavab verib.   

Əraqçi "İngiltərə 40 ildən çoxdur ki, qanunsuz olaraq saxladığı İran pullarını ödəmək üçün fidyə tələb edir", - deyib.   

Bunun heç vaxt olmayacağını vurğulayan Əraqçi "Bizim üçün əsir mübadiləsi müqaviləsi hələ də qüvvədədir. İngiltərənin doğru olanı etməsinin vaxtı çatıb və ABŞ-ın humanitar məqsədlər üçün nəzərdə tutulan əsir mübadiləsi müqaviləsini pozmasına imkan verməməlidir", - deyə bildirib.

Eastnews.org


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)