Flaş / Dünya / Siyasət-Dünya
ABŞ və müttəfiqləri Suriyadan və Yəməndən milyardlarla dəyəri olan nefti oğurlayırlar
ABŞ və onun müttəfiqi olan, Yəmənə hücum edən Səudiyyə koalisiyası Suriyadan və Yəməndən külli miqdarda neft oğurlayırlar.
ABŞ qüvvələrinin əl-Vəlid keçidi ilə əl-Həsəkə çölündəki qanunsuz "Xərab əl-Cir" bazasından oğurlanan Suriya nefti ilə dolu tankerlər də daxil olmaqla, 70 maşından ibarət iki karvanı qaçaqmalçılıq yolu İraq ərazisinə keçirtdiyi bildirilib.
Suriyanın şimalında və şimal-şərqində enerji baxımından zəngin olan əl-Həsəkə, Deyr əz-Zor və Raqqa vilayətlərinin çox hissəsi ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDF) qrupu tərəfindən işğal edilib.
ABŞ Suriyanın neftini və taxılını sataraq Suriya Demokratik Qüvvələri adlı qrupu maliyyələşdirdiyi də gələn xəbərlər arasındadır.
Bundan başqa, Yəmənin Neft Şirkətinin Müdiri Əmmar əl-Əzrai Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələrinin ölkədən oğurladığı neftin miqdarını açıqlayıb.
O vurğulayıb ki, bu günə qədər 3 və 4 milyon barel arası neft oğurlanıb:
"İşğalçılar əsasən ictimai işlər üçün istifadə olunan yanacaq doldurma məntəqələrini hədəfə alıblar. Elektrik üçün istifadə olunan yanacaqlar da oğurlanıb", - deyə Əmmar əl-Əzrai diqqətə çatdırıb. Əmmar əl-Əzrai qeyd edib ki, hazırda 4 neft gəmisi Cizan limanında gözlədilir.
Mövzu linkləri:
Həmçinin oxuyun:
Valeri Korovin. "İmperiya ərəfəsində". "Anakonda" ilə döyüş
Azərbaycanın əmək bazarı: Qiymətlər ceyran belində, qul əməyinə isə qəpik-quruş təklif edilir
Rusiyanın hipersəs raketləri F-35 və F-22-lərin fəaliyyətini heçə endirir
ABŞ Əfqanıstandan çıxarkən belə xaos və terrorla ətraf ölkələrə təhlükə yaradır
Cəmil Şirvanov. Pentaqonun Əfqanıstan adlı korrupsiya layihəsi və SSRİ-nin Əfqanıstana real yardımı haqqında.