Flaş / Azərbaycan / İqtisadiyyat-Azərbaycan
Azərbaycanın maye qaz ixracından gəlirləri üç dəfə artıb
Bu ilin yanvar-may aylarında Azərbaycan 31 105,3 ton maye qaz ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur.
Dövlət Statistika Komitəsinin göstəriciləri əsasında aparılmış hesablamalara görə, yanvar-may aylarında ixrac edilən maye qazın dəyəri 7 115,2 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 2,8 dəfə çoxdur.
Xatırladaq ki, ötən il ərzində Azərbaycan 40 253,7 ton maye qaz ixrac edib, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 23,9% azdır. 2020-ci ildə ixrac edilən maye qazın dəyəri 5 029,8 min dollar olub, illik ifadədə bu göstərici 58,5% azalıb.
Mövzu linkləri:
Həmçinin oxuyun:
Azərbaycanın əmək bazarı: Qiymətlər ceyran belində, qul əməyinə isə qəpik-quruş təklif edilir
Süveyş kanalının illik gəlirləri tarixi maksimuma çatıb
Valeri Korovin. "İmperiya ərəfəsində". "Anakonda" ilə döyüş
Cəmil Şirvanov. Pentaqonun Əfqanıstan adlı korrupsiya layihəsi və SSRİ-nin Əfqanıstana real yardımı haqqında.
Rusiyanın hipersəs raketləri F-35 və F-22-lərin fəaliyyətini heçə endirir