Flaş / Gündəm / Azərbaycan / Siyasət-Region / Siyasət-Azərbaycan
17:09, 14 iyul 2021
425
0

Leonid Kalaşnikov: Delimitasiya danışıqlar predmetidir, müharibəyə başlamaq predmeti deyil!


Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş üzrə və Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədri Leonid Kalaşnikov “Svobodnaya Pressa” dərgisinə müsahibəsində Cənubi Qafqazda və Orta Asiyada mövcud olan hərbi-siyasi gərginliklə bağlı suallara cavab verib. 

Jurnalistin bir müddət  əvvəl Ermənistanın və Qırğızıstanın KTMT-dən rəsmi kömək istəməsinə baxmayaraq bu təşkilatın həmin ölkələrə kömək etməkdən imtina etməsi barədə xatırladaraq yenidən bu təşkilatın Talibana qarşı mübarizədə hansı mövqeyi tutacağı barədə sualına cavab vermişdir ki:

“Nə ermənistanda, nə də Qırğızıstanda sərhəd pozuntusu olmamışdı. Ermənilərlə bu vəziyyətin yaranmasına səbəb azərbaycanlıların 2 kilometr  “qırmızı xəttə” daxil olması olmuşdu. Və rəsmi İrəvan KTMT! Kömək edin! Deyə hay-həşir salmışdı. 
Mən Ermənistandan olan nümayəndə heyəti ilə danışdım və birbaşa soruşdum: Siz heç delimitasiyanın nə olduğunu bilirsiz? Delimitasiya  o deməkdir ki, məsələn, Rusiya 40 ildir-bundan öncə SSRİ- Norveçlə danışıqlar aparır. Və yaxud da biz Çin ilə Amur çayıındakı hər ada üçün uzun müddət danışıqlar aparmışıq. Siz isə Azərbaycanla heç diplomatik əlaqələr yaratmırsınız! 


Delimitasiya danışıqlar predmetidir, 2 kilometr sərhədd uğrunda müharibəyə başlamaq demək deyil!   Rəsmi irəvanın KTMT-yə müraciəti hansı məqsədi güdür? Son zamanlar Bakı ilə aramızda yaranmış isti münasibətləri korlamaq üçün?!


Belə məsələləri hərbi güc yolu ilə həll etmək, Rusiyanın hərbi gücü hesabına həll etmək alınmaz. KTMT bunun üçün yaradılmayıb!  ”




Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)