Flaş / Siyasət-Dünya
Putin və Lukaşenko Sankt-Peterburqda vacib bəyanat verdilər
Belarus Prezidenti Aleksandr Lukaşenko öz növbəsində vurğulayıb ki, ən əsas olan – hər iki ölkənin təhlükəsizliyidir.
Sankt-Peterburqda bu gün Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında görüş keçirilir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, görüş zamanı ikitərəfli münasibətlərə xüsusi diqqət ayrılıb.
Etibarlı tərəfdaş
Belarus iqtisadiyyat sahəsində Rusiyanın ən böyük və etibarlı tərəfdaşı olaraq qalır. Bunu Rusiya Prezidenti Vladimir Putin Aleksandr Lukaşenko ilə görüşü zamanı bildirib.
O vurğulayıb ki, görüş əvvəldən də razılaşdırıldığı kimi, hər şeydən əvvəl hökumətlərin, ilk növbədə iqtisadi sahədə çalışmalarından sonra baş tutur.
Putin əlavə edib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi pandemiya ilə bağlı bir qədər azalıb – təxminən 17%, bu ilin 4-5 ayında isə ticarət dövriyyəsi 37%-dən çox artıb.
Təhlükəsizlik məsələləri
Belarus Prezidenti Aleksandr Lukaşenko öz növbəsində vurğulayıb ki, ən əsası hər iki ölkənin təhlükəsizliyidir.
"Ən əsası bizim ölkələrimizin təhlükəsizliyidir. Buna bütün diqqəti ayırmaq lazımdır. Biz görürük ki, vaxtında öz ölkələrimizə və təhlükəsizliyimizə diqqət yetirməklə səhv etməmişik. Mən daha sonra baş verənlər barədə çox şey danışacağam. Çılğın dinamika var, hər gün nəsə dəyişir", - deyə Belarus lideri bildirib.
Lukaşenko Belarusun Qərb ölkələri tərəfindən tətbiq olunan sanksiyalara və dünyadakı ümumi iqtisadi vəziyyətə tab gətirəcəyini də vurğulayıb.
Mövzu linkləri:
Həmçinin oxuyun:
Valeri Korovin. "İmperiya ərəfəsində". Milli Təhlükəsizlik Konsepsiyasında geopolitik metod
Rusiyanın hipersəs raketləri F-35 və F-22-lərin fəaliyyətini heçə endirir
Avrasiya İqtisadi Birliyi
Azərbaycanın əmək bazarı: Qiymətlər ceyran belində, qul əməyinə isə qəpik-quruş təklif edilir
ABŞ Əfqanıstandan çıxarkən belə xaos və terrorla ətraf ölkələrə təhlükə yaradır