Flaş / Dünya / Siyasət-Dünya / İqtisadiyyat-Dünya
15:35, 12 iyul 2021
313
0

"Şimal axını-2" qaz kəmərinin inşasının tamamlanma tarixi açıqlandı


Tikintisi 2019-cu ilin dekabrında dayandırılmış və 2021-ci ilin yanvar ayının sonunda yenidən başlanan "Şimal Axını-2" (Nord Stream-2) təbii qaz kəmərinin inşasının gələn ay başa çatacağı açıqlanıb.   

"Şimal Axını-2" şirkətinin baş direktoru Mattias Varniq dünən verdiyi açıqlamada ABŞ-ın sanksiya tətbiqi riskini nəzərə alaraq, layihənin avqust ayının sonuna qədər tamamilə başa çatacağını söyləyib.   Rusiya təbii qazının Avropaya ixracı məqsədilə "Şimal Axını-2" təbii qaz kəməri Rusiya sahillərindən başlayaraq Baltik dənizinin içərisindən Almaniyaya uzanan iki ayrı boru kəmərinin çəkilməsini nəzərdə tutur.



Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)