Gündəm / Azərbaycan / İqtisadiyyat-Azərbaycan
13:01, 05 iyul 2021
368
0

Azərbaycanın qeyri-neft ixracı 27 % artıb

2021-ci il yanvar-iyun ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 1162,4 milyon dollar təşkil edib və 2020-ci illə müvaqfi dövrü ilə müqayisədə 27,1 faiz artıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən xəbərə görə, ölkəmizdə həyata keçirilən kompleks tədbirlər nəticəsində koronavirus (COVID-19) pandemiyasının qeyri-neft ixracına mənfi təsrləri azaldılıb və ixracda dinamik artıma nail olunub.

Qeyd edilən müddətdə şəkər ixracı 2,5 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 2,4 dəfə, pambıq ipliyinin ixracı 2,4 dəfə, pambıq lifi ixracı 2,1 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 49 faiz artıb.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)