Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Region / Siyasət-Analitika
12:41, 02 may 2023
483
0

Odessada insanların diri-diri yandırılmasından 9 il ötür - VİDEO


Doqquz il əvvəl Ukraynada hakimiyyəti ələ keçirən nasistlər ruslara divan tutmağa başlamışdı. Dövlət çevrilişinə etiraz edən, bununla da ölkənin konstitusion rejiminin tərəfində olan, bu rejimi qorumağa çalışan əhaliyə elə divanlar tutulurdu ki, Ukrayna vətəndaş müharibəsinə və parçalanmaya qədər “irəlilədi”.

Odessa əhalisi də dövlət çevrilişinə və banderaçıların hakimiyyətə gəlməsinə qarşı çıxsı və dinc nümayişlər keçirməyə başladı.
Nasistlərin hakimiyyətə gəlməsinə səbəb olan maydan hərəkatının əksinə gedən anti-maydançı sayılan odessanın bir qrup əhalisi Kulikovo meydanında dinc aksiya keçirərək orada çadır düşərgəsi qurdular.  Kiyevdə hakimiyyyəti qəsb etmiş banderaçılar isə onlara qarşı silahlanmış nasist qruplar göndərdii. Həmin qruplar müxtəlif atıcı silahlar və molotov kokteyli ilə anti-maydançıların saldığı düşərgəyə hücum etdilər.
Nasistlərin hücumuna məruz qalan dinc nümayişçilər  Həmkarlar İttifaqları Evinə sığınmalı oldular. Daha sonra neonasistlər binanın çıxışlarını bağlayaraq onu yandırdılar. Pəncərədən tullanmaq istəyən insanlar snayperlər tərəfindən öldürülür və ya ordan yerə yıxılıb xəsarət nəticəsində ölürdülər.

Həmkarlar İttifaqları Evinin nasistlər tərəfdindən yandırılması nəticəsində  48 nəfər həlak oldu. Həlak olanlar arasında 7-si qadın, 1-i isə yetkinlik yaşına çatmayan şəxs idi. 1 nəfər isə vilayət radasının deputatı idi.

Bu cür ağır cinayətin baş verməsinə baxmayraq, Kiyevdə oturan qalstuklu faşistlər hələ də bu cinayəti araşdırıb günahkarları məsuliyyətə cəlb etməyib. Nəinki məsuliyyətə cəlb etməyib, əksinə, onları qəhraman sayır.

Əlavə olaraq qeyd edim ki, dünyanın harasındasa hansısa nümayişçinin burnu qanayanda timsah göz yaşları tökən ABŞ və başqa Qərb dövlətlərinin heç biri indiyə qədər bu hadisə ilə bağlı bəyanat belə verməyib.

Bunun özü kollektiv Qərbin faşistlərlə həmrəy, həmfikir, əqidədaş olduqlarına bariz sübutdur.

P.S. Hadisə ilə bağlı videoları aşağıdakı keçidlərdən izləyə bilərsiniz:









Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)