Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / İqtisadiyyat-Dünya
Rusiya dünyanın qida bazarını ələ keçirir
Son günlər "Taxıl Sazişi" barədə söhbətlər yenə qızışmağa başladı. Xəbər yayıldı ki, Rusiya mayın 18-dən Sazişdə iştirakını dayandıracaq. Bu isə o deməkdir ki, onsuz da çatışmayan taxıl məhsulları daha da qıt olacaq və bahalaşacaq.
Məlumat üçün deyim ki, təkcə Rusiya və Ukrayna Qara dəniz hövzəsindən dünya taxıl ixracının təxminən 30%-ni təmin edirdi. Xüsusi Hərbi Əməliyyat başlayandan sonra Ukrayna limanların blokadası, üstəgəl, quru logistikasında məhdudiyyərlərlə üzləşdi. 30 MİLYON TON satılmamış taxıl anbarlarda qalıb. Almaniya kimi dövlət bu qədər taxılı 3 ilə istehlak edir.
2021-ci ildə isə Rusiya demək olar ki, eyni miqdarda taxıl ixrac edib. 110 milyon ton məhsul istehsal etməsinə baxmayaraq, Ukrayna 40-50 milyon ton ixrac edib. Bu taxılın 60%-i Aİ-yə gedib. İndi Avropa ölkələrinin böyüklüyünü təsəvvür edin. Həm də bu ölkələrə milyonlarla ton ucuz Ukrayna taxılının axınını təsəvvür edin. Buna baxmayaraq yenə də taxıl çatışmır.
Bütün bunlar Polşa, Bolqarıstan, Macarıstan, Slovakiya və Rumıniyanın idxal və tranzit məhdudiyyətləri ilə nəticələndi. Onlar öz taxıl sektorunu rəqibdən qorumağa çalışırlar. Bu gün Polşanın Kənd Təsərrüfatı Naziri ilin sonuna kimi Ukraynadan Aİ-yə kənd təsərrüfatı məhsullarının idxalına TAM qadağanın tətbiq ediləcəyini açıqlayıb.
Eyni zamanda, Rusiya taxıl koridorunun imkanlarını Gəmilərin və yük daşımalarının yoxlanılmasını ləngitmək vasitəsilə nəzarətdə saxlayır.
Əslində, Ukrayna taxılı Ukraynanın öz daxilində kilidlənib qalıb. Belə bir vəziyyətdə ukraynalı fermerlər əkini dayandıracaqlar... Bu hesablama ilə 2-3 ildən sonra Ukraynada istehsal həcmi dəfələrlə aşağı düşməsi gözlənilir. Əlbəttə ki, əgər 3 ildən sonra Ukrayna ümumiyyətlə mövcud olsa... Əvvəlcə sənayenin məhv etdilər, indi də kənd təsərrüfatı. Kənd təsərrüfatı isə bu ölkəyə valyuta daxilolmalarının 50%-ni təşkil edir.
Eyni zamanda, Rusiya şirkətləri, korrupsioner məmurlardan, hökumətin siyasətindən şikayətlənmələrinə baxmayaraq, istehsal həcmini və coğrafiyasını əhəmiyyətli dərəcədə artırırlar.
Əslində, olan isə budur ki, hazırda Rusiya dünya ərzaq bazarını fəal şəkildə ələ keçirməkdədir.
Əgər rusiyalı gənc bloggerlər çiplər və iPhone-dan narahatdırlarsa, onları sakitləşdirmək istərdim. Bütün bu saydıqlarınız qida məhsullarının yanında səhrada qum dənəsini kimidir.
8 milyarddan çox əhalisi olan bir planetdə çipi və ya iPhonu olanla deyil, qidası olanla hesablaşacaqlar, məhz onlar öz iradələrini diqtə edəcəklər.
Cəmil Şirvanov
Mövzu linkləri:
Həmçinin oxuyun: