Flaş / Dünya / Gündəm / Siyasət-Dünya
18:11, 28 mart 2023
1 188
0

Kedmi: Belarusiyada nüvə silahının yerləşdirilməsi Putinin ABŞ-a verdiyi ultimatumun həyata keçirilməsi deməkdir

Rusiya prezidenti Vladimir Putinin Rusiyanın taktiki nüvə silahlarının Belarusiyada yerləşdirilməsi ilə bağlı qərarı Moskvanın 2021-ci ilin dekabrında NATO-ya irəli sürdüyü ultimatumun həyata keçirilməsi deməkdir. Bunu israilli ekspert, "Nativ" xüsusi xidmət orqanının keçmiş rəhbəri Yakov Kedmi deyib.

Ekspert xatırladıb ki, o zaman Putin ABŞ-dan nüvə silahlarını Avropadan çıxarmağı tələb etmişdi. Onların nüvə silahını çıxarmayacaqları halında Rusiyanın hərbi-texniki tədbirlər görəcəyi ilə hədələmişdi.

"Bu, şahmat oyunundakı əks tarazlıq yaratmaq kimidir: əgər silahlarınızı yığışdırmayacaqlarsa, onda Rusiya onları yığışdırmağa məcbur etmək üçün hərbi-texniki tədbir kimi öz silahlarını silahlarını yerləşdirir" – deyə Kedmi qeyd edib.

Ekspert əmindir ki, Rusiya il yarım əvvəl irəli sürdüyü tələblərdən əl çəkməyib və onları həyata keçirir. Kedmi onu da diqqətə çatdırıb ki, Belarusiyada nüvə silahı daşıyıcılarından digərləri ilə yanaşı, 3500 km/saat sürətə çata bilən və 10-12 dəqiqəyə yüksək hündürlükdə bütün Avropanı keçib gedə bilən MiQ-31 qırıcıları da olacaq.

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)