Flaş / Dünya / Gündəm / Siyasət-Dünya
Vuçiç NATO-nu 1999-cu ildə Yuqoslaviyanın bombalanmasına görə cavab verməyə çağırıb.

“24 il keçdi, ərazimizi parçaladınız, 79 uşağı, 2,5 min vətəndaşı, təkcə dinc əhalini deyil, əsgərləri, polisləri də qətlə yetirdiniz. Əsgərlərimizi, polislərimizi öldürmək haqqını haradan almısınız?Bu haqqı sizə kim verib?" – deyə dövlət başçısı səslənib.
"Siz heç bir humanitar fəlakətin qarşısını almadınız. Siz başqa ölkənin ərazisinə ayaq barmağı ilə belə basmayan azad və suveren bir ölkədə üsyançı qrupları silahlandırdınız" - Vuçiç vurğulayıb.
Serbiya prezidenti çıxışı zamanı onu da qeyd edib ki, ölkə 1999-cu il NATO təcavüzünü yalnız bütün serblər yoxa çıxanda unudacaq.
Mövzu linkləri: