Flaş / Gündəm / Azərbaycan / Siyasət-Region / Siyasət-Azərbaycan / Siyasət-Analitika
Müttəfiqliyin yeni formaları regional inkişaf amili kimi
Qlobal iqtisadi böhran həm dünya miqyasında, həm də regional səviyyədə siyasi münasibətlərə yenidən baxılmasını qaçılmaz edib. Və bu, dayağı bir dünya valyutasının hökmranlığına əsaslanan maliyyə kapitalizmi olan qlobal inkişaf paradiqmasının yaratdığı dərin disproporsiyaların birbaşa nəticəsidir.
Biz regionumuzda geopolitik mənzərənin necə dəyişdiyini görə bilərik. Hələ 1990-cı illərdə formalaşmış hərbi-siyasi əməkdaşlıq formaları aşınmaya məruz qalır və artıq iqtisadi və siyasi çağırışlara cavab vermir.
Bu prosesin bir sıra ilkin şərtləri var. Onların təhlili yeni reallıqlarda region üçün effektiv inkişaf strategiyalarının hazırlanmasına imkan verəcək.
Dar bir dairənin maraqları naminə dünyanın ehtiyat valyutasının “çap dəzgahının” üzərində nəzarəti özündə saxlayan geosiyasi lider artıq dominant statusunu itirir. Eyni zamanda, faktiki olaraq qeyri-məhdud resursları özündə saxlamaqla, o, Rusiyanın ətrafında qeyri-sabitlik zonaları yaratmaq ideyasını güclü şəkildə irəli sürməyə davam edir.
Bu məqsədə çatmaq üçün “lazımi” gündəmi yayımlayan yerli elit qruplar yaradılır. Yerli əməkdaşlıq formatları açıq-aydın həyat qabiliyyətli olmadığı ortadadır və bütün problemlər üçün yeganə həll yolu Avropa İttifaqı və NATO-ya inteqrasiyadır. Hətta autsayder kimi olsa da.
Bu mövqedən çıxış edən qüvvələrin hakimiyyətə gələ bildiyi region ölkələrində xarici siyasətdə kəskin dəyişiklik baş verir. Təəssüf ki, bu, sağlam düşüncəyə, cəmiyyətin və dövlətin özünüqorumaq instinktinə zidd olaraq baş verir. Buna görə də region real olaraq qanlı hərbi münaqişələr təhlükəsi ilə üz-üzə qalır.
Cənubi Qafqaz bu cür yanaşmanın bariz nümunəsidir. Ermənistanda hakimiyyətə gələn “demokratik qüvvələr” absurdum elə bir həddinə çatıb ki, Rusiyanın Azərbaycanla Ermənistan arasındakı sülh prosesinin moderatoru rolunu şübhə altına alır. Ermənistan tərəfinin regiona Aİ-nin missiyasını dəvət etməsilə başladığı demarşı başqa necə xarakterizə etmək olar?
Bunun fonunda isə Azərbaycanın mövqeyi daha balanslı görünür. Azərbaycan subyektlik nümayiş etdirərək öz ərazisində qeyri-regional oyunçuların yerləşdirilməsinə icazə vermir. Baxmayaraq ki, onun Avropa İttifaqı ilə ticarət dövriyyəsinin kifayət qədər yüksəkdir. Sadəcə olaraq, rəsmi Bakı xarici siyasət gündəmini ilk növbədə milli maraqlar əsasında qurur.
Ermənistanın öz nümayəndəsini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbərliyinə inteqrasiya etməkdən imtina etməsini regional sabitlik və təhlükəsizliyin əsaslarının pozulması təhlükəsi kontekstində də nəzərdən keçirmək üçün əsaslar var.
Aydındır ki, regionda yeni tendensiyalar davamlı olaraq qeyri-regional qərar qəbuletmə mərkəzləri tərəfindən stimullaşdırılır. Fransa prezidenti Emmanuel Makronun Rusiyanın Ermənistanla hərbi qarşıdurmada Azərbaycanı dəstəkləməsi barədə bəyanatını xatırlatmaq kifayətdir. İnformasiya-koqnitiv silahın fəaliyyətdə olduğunu görürük.
Bu baxımdan, Rusiyada və Azərbaycanda sağlam ictimai qüvvələr ayıq-sayıq olmalı, ölkələrimiz və xalqlarımız arasındakı müttəfiqlik münasibətlərini təhlükə altına qoyan cəhdləri dəf etmək üçün birgə səylər göstərməlidir.
Təəssüf ki, son onilliklərdə ölkələrimizdə fəaliyyətini dövlətlərimiz arasında münasibətlərin möhkəmlənməsinə yönəltməyən və iki ölkə arasındakı münasibətlərin möhkəmlənməsinə neqativ yanaşan qüvvələr formalaşıb. Amma mən inanmaq istəyirəm ki, sağlam yanaşma qalib gələcək və Rusiya ilə Azərbaycan arasında münasibətlərin müttəfiqlik xarakterinin formalaşmasında ifadə olunan dövlət rəhbərlərmizin siyasi iradəsi ölkələrimizin ictimai rəyi tərəfindən davamlı şəkildə dəstəklənəcək.
İqtisad Elmləri Doktoru
Professor Elşad Məmmədov

Mövzu linkləri: