Flaş / Gündəm / Azərbaycan / Siyasət-Region / Siyasət-Azərbaycan / Siyasət-Analitika
Yevgeni Mixaylov: 2023-cü il Qarabağın qalan hissəsinin Bakının nəzarətinə keçəcəyi il ola bilər
2023-cü il Qarabağın qalan hissəsinin Bakının nəzarətinə qayıdacağı il ola bilər. Ermənistan ardıcıl olaraq Azərbaycan və Rusiyaya qarşı təxribatlar törədir. İrəvan bizim sülhməramlılarımızdan narazıdır. Fransa missiyasının Qarabağa göndərilməsi ilə bağlı çağırışlar təsadüfi deyil, Avropa İttifaqından müəyyən monitorinq missiyalarının Ermənistan-Azərbaycan şərti sərhədinə gəlməsi ilə bağlı Azərbaycanla razılaşdırılmayan addımlar da təsadüfi deyil.
Bunu Cənubi Qafqaz Strateji Araşdırmalar Mərkəzinin direktoru Yevgeni Mixaylov “Moskva-Bakı” portalına Azərbaycan prezidenti İlham Əliyevin yerli telekanallara müsahibəsində səsləndirdiyi fikirləri şərh edərkən deyib.
"İlham Əliyev onu da açıq şəkildə bildirdi ki, Bakı ilə İrəvan arasında sülh yolu ilə nizamlanmada hər hansı müsbət nəticə əldə etmək üçün Avropa platforması tam müstəqil və neytral deyil. Buna görə də Rusiya və Amerika bu gün aktualdır. Aydındır ki, Azərbaycan öz milli maraqlarını güdür, nizamlanma üçün Azərbaycan prinsiplərinə uyğun istənilən səmərəli platformadan istifadə etməyə çalışır, amma yenə də. Fikrimcə, ABŞ Cənubi Qafqazda öz oyununu oynamağa çalışır.
Rusiyanın nizamlanmalar üçün vasitəçilik səylərində əsas oyunçu olması heç bir şübhə doğurmur. Həmçinin Türkiyənin regionda güclü mövqeyə və proseslərə təsiri olduğunu deməmək mümkün deyil. Təsadüfi deyil ki, Moskva və Ankara 2020-ci ildə Azərbaycanın Ağdam rayonunda Rusiya-Türkiyə qüvvələrinin fəaliyyət göstərməsi barədə razılığa gəliblər", deyə ekspert vurğulayıb.
Onun fikrincə, 2023-cü il Ermənistan üçün həlledici olacaq.
“Mən Əliyevin fikrinə qulaq asardım, bu, balanslaşdırılmışdır və şübhəsiz ki, Rusiya prezidenti Vladimir Putinlə bu sahədə birgə danışıqların nəticəsidir. Nizamlanma porsesində Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra mövqeləri güclü oldu. Mən deyərdim ki, hazırda Azərbaycan liderinin bəyanatlarından da göründüyü kimi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ətrafında gedən bir çox proseslər Rusiya ilə danışıqların və Rusiya tərəfinin vəziyyəti anlamasının nəticəsidir. Vəziyyət elədir ki, Moskva İrəvanın dağıdıcılığı fonunda Bakının fəaliyyətini daha çox bəyənir.
"Etiraf edirəm ki, Əliyevin bir çox bəyanatları Rusiya Federasiyası ilə bağlanmış müqavilələrə uyğundur. Rusiya Cənubi Qafqazda yeni münaqişəyə imkan verməyə hazır deyil və Azərbaycan tərəfi ilə danışıqlar aparır, bir çox məsələlərdə ortaq mövqedenə çıxış edir. Və mən düşünmürəm ki, Əliyev Moskvanın bəyənmədiyi bəyanatla çıxış edəcək. İlham Əliyev öz dövlətinin müstəqilliyini tam qoruyub saxlamaqla, supergüclərin maraqları arasında manevrlər edən çox ağıllı dövlət xadimidir. Azərbaycan dövləti imkan daxilində qərar qəbul etməkdə tamamilə müstəqildir və öz milli maraqlarını müdafiə etmək iqtidarındadır.
Bütün bunların fonunda, məncə, Paşinyanın bəyanatları təkcə Rusiyaya deyil, həm də İrəvanı Moskva ilə qarşıdurmaya cəlb etmək xəttini davam etdirən Qərb tərəfdaşlarına da birbaşa mesajdır", deyə Mixaylov qeyd edib.
Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir.
Valeri Korovin: Rusiya Çeçenistanda çeçenlərlə deyil, Amerika ilə döyüşürdü
“Ermənistan dövlətçiliyi yoxolma ərəfəsindədir” - Valeri Korovin (Müsahibə)
AZƏRBAYCANA OSMANLI TƏCAVÜZÜ