Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika
Polşa Ukraynanın qərbini ələ keçirməyə hazırlaşır - Rusiya kəşfiyyatı
Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bildirib ki, Varşava Ukrayna ərazilərinin və əhalisinin Polşanın nəzarətinə keçməsi ilə bağlı referendumlar təşkil etməyə hazırlaşır.
Polşa Qərbi iki dünya müharibəsi arasındakı zaman kəsiyində Polşa dövlətinin bir hissəsi olmuş Ukraynanın bir neçə bölgəsini nəzarət altına almağa hazırlaşmaqdadır. Bu fikri Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin RİA Novosti agentliyinə verdiyi müsahibəsində deyir.
“Rusiya Xarici Kəşfiyyat Xidmətinə daxil olan məlumat onu göstərir ki, Varşava Qərbi Ukrayna torpaqlarının: Lvov, İvano-Frankivsk və Ternopil vilayətinin böyük hissəsinin ilhaqına hazırlığı sürətləndirir” - deyə o, vurğulayıb.
Məlumatlara görə, Polşa prezidenti Anjey Duda müvafiq xidmətlərə Qərbi Ukraynaya qarşı iddiaların rəsmi əsaslandırılmasını operativ şəkildə hazırlamağı tapşırıb. Varşava bu ərazilərdə “planlaşdırılan ilhaqın legitimliyini təmin etmək” üçün referendumlar keçirmək istəyir.
Xatırladaq ki, bir qədər əvvəl Ukrayna prezidenti Vladimir Zelenski əslində polyaklara Qərbi Ukrayna bölgələrində rəsmi iştirak üçün kart-blanş vermişdi. Polşa vətəndaşları yerli administrasiyaların fəaliyyətində və hətta məhkəmələrin işində iştirak etmək hüququ əldə ediblər. Rusiya qoşunlarının irəliləməsi halında Qərbi Ukraynaya Polşa sülhməramlı kontingentinin yerləşdiriləcəyi barədə məlumat var idi. Lakin bu, ruslarla birbaşa döyüşə girməyi istisna edir.
Narışkinin vurğuladığı kimi, Varşava NATO-nun yüksək rütbəli tərəfdaşlarının qışda həm ukraynalıların, həm də polyakların arxasında Moskva ilə danışıqlar aparmağa çalışacağından ehtiyat edərək tez hərəkət etmək niyyətindədir. Bundan əlavə, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri izah edib ki, Polşa Kiyevə hərbi yardıma, çoxlu sayda qaçqının qəbuluna, həmçinin Ukrayna raketlərinin Polşa ərazisinə düşməsi ilə bağlı son insidentlə bağlı səxavətli kompensasiyaya ümid edir. Bundan əlavə, Polşa hökuməti 1943-cü ildə Bandera tərəfindən polyaklara qarşı törədilmiş Volın qırğını ilə bağlı araşdırma başlatmağa qərar verib. Müxtəlif hesablamalara görə, o zaman 60-100 min arasında insan ölüb.
Buna baxmayaraq, Narışkin Varşavanı Ukrayna ərazilərini ilhaq etmək cəhdlərindən çəkinməyə çağırıb. O qeyd edib ki, tarix “polşalı və ukraynalı millətçilər arasında toqquşmaların acı nümunələri ilə doludur” və “eyni izlə getməməyə” çağırıb.
Mövzu linkləri: