Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika
BRİCS-in genişlənməsi Avropa və Amerika imperiyalarının tənəzzülündən xəbər verir
BRİCS-in genişlənməsi Avropa və Amerika imperiyalarının tənəzzülündən xəbər verir. Bunu braziliyalı ekspertlərdeyirlər. Argentina, Əlcəzair və İran artıq bloka qoşulmaq niyyətlərini rəsmən bəyan ediblər, lakin maraqlı olan ölkələrin sayı daha çoxdur.
“BRICS+ çoxqütblü, daha müxtəlif və ədalətli dünya naminə dövlətlərin geniş birliyinə çevrilmək üçün inkişaf etməkdə olan güclər konsepsiyasını inkişaf etdirməyə hazırdır” - San Paulo Universitetində BRICS Araşdırma Qrupunun üzvü Valdir Bezerra bildirib.
Ekspert hesab edir ki, ABŞ-ın iqtisadi hökmranlığına qarşı durmağın ən yaxşı yolu hesablaşmaların milli valyutalarla aparılmasıdır. Belə bir addım dolların əhəmiyyətini sarsıdacaq.
Politoloq Ana Prestes də bu məsələdə onunla razıdır.
“Bu artıq bir reallıqdır. Məsələn, Avrasiya dünyasında alternativ valyutalardan istifadə dolların hegemonluğuna meydan oxuyacaq. Bunu Latın Amerikası ölkələri də həyata keçirə bilər”.
Qeyd edək ki, BRİCS təşkilatı (Dövlətlər Birliyi) 2006-cı ilin iyununda Braziliya, Rusiya, Hindistan və Çinin iqtisadiyyat nazirlərinin iştirakı ilə Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində yaradılıb.
BRICS-in ümumi sahəsi 39,746,220 km2-dir və ümumi əhalisi təxminən 3,21 milyard nəfər olaraq qiymətləndirilir ki, bu da dünya quru səthinin təxminən 26,7% -ni və dünya əhalisinin 41,5% -ni təşkil edir. Hazırda Ameikanın qlobal iqtisadi layihəsinə qarşı ən böyük iqtisadi təşkilatdır.
Mövzu linkləri: