Flaş / Gündəm / Siyasət-Dünya / Siyasət-Region
Rusiya XİN: NATO-nun baş katibi Rusiyadan düşmən obrazı yaratmağa çalışır
NATO-nun baş katibi Yens Stoltenberq Rusiya Federasiyasının Arktikadakı rolu ilə bağlı dedikləri ilə Rusiyadan düşmən obrazı formalaşdırmağa çalışır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Arktika Şurasının yüksək vəzifəli şəxslər komitəsinin sədri Nikolay Korçunov bildirib.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Arktika Şurasının yüksək vəzifəli şəxslər komitəsinin sədri Nikolay Korçunov bildirib.
Onun sözlərinə görə, Moskva bu bəyanatları narahatlıqla qəbul edir.
"Biz görürük ki, baş katib NATO-nun son sammitində qəbul edilmiş qərarları, Rusiya Federasiyasının simasında düşmən obrazının şüurlu şəkildə formalaşmasını konseptual əsaslandırmağa çalışır" - deyə Korçunov qeyd edib.
Səfir həmçinin Rusiyanın Arktikadakı hərbi bazalarının sayına görə Şimali Atlantika Alyansının üzvü olan ölkələrdən xeyli geri qalmasına və regionun digər dövlətləri ilə birgə təlimlərdən çəkinməsinə diqqət çəkib.
Korçunovun qeyd etdiyinə görə, digər ölkələr bu ərazilərdə hərbi fəaliyyətə getdikcə daha çox cəlb olunurlar.
Səfir bildirib ki, bütün bunlar münaqişəli vəziyyətlərin yaranma riskini artırır.
"Bütün bunlar bizi narahat etməyə bilməz" - deyə Korçunov əlavə edib.
Mövzu linkləri: