Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Region
12:09, 01 noyabr 2022
453
0

Volodin: "Dəhlizin terror hücumları üçün istifadə edildiyi bir vaxtda taxıl sazişini bərpa etmək mümkün deyil"


Rusiya Federasiyasının Dövlət Dumasının sədri Vyaçeslav Volodin Rusiyanın "taxıl sazişi"ndən çıxması və bu sazişin bərpasının mümkünsüzlüyü barədə münasibət bildirib. O, bu barədə fikrini özünün telegram kanalında yazıb:

"Təhlükəsizlik dəhlizinin terror hücumları üçün istifadə edildiyi bir vaxtda taxıl sazişini bərpa etmək mümkün deyil.

Rusiya Ukrayna tərəfinə Afrika və Asiyanın taxıla ehtiyacı olan ölkələrinə taxıl ixrac etmək imkanı verdi.

Amma cəmi 3-4% bu ölkələrə getdi.
Əksəriyyəti isə Avropa Birliyinin zəngin dövlətlərinə getdi.

Bu dəfə Zelenski öz hərəkəti ilə Türkiyə və BMT-nin iştirakı ilə əldə edilən bütün razılaşmaların üstündən xətt çəkərək Kiyev rejiminin terrorçu mahiyyətini nümayiş etdirdi.

Qara dəniz donanmasının gəmilərinə qarşı terror hücumları üçün təhlükəsizlik dəhlizindən istifadə qəbuledilməzdir.

Bu şərtlərlə taxıl sazişi ola bilməz".

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)