Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Publisistika
19:57, 03 may 2022
644
0

Rusiya Dövlət Dumasının sədri ABŞ və başqa qeyri-dost dövlətlərin şirkətlərinin əmlakını müsadirə etməyi təklif edib

Rusiya Federasiyasının Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün telegram kanalında ABŞ nümayəndələr palatasının Rusiya vətəndaşlarına məxsus dondurulmuş vəsaitlərin Ukraynaya yardıma yönəldilməsi barədə qərarına münasibət bildirib və sərt tədbirlər görülməsini təklif edib. O yazıb:

“ABŞ Nümayəndələr palatası Rusiya vətəndaşlarının və şirkətlərinin dondurulmuş aktivlərinin Ukraynaya kömək üçün yönəldilməsinə icazə verən qanun layihəsini qəbul edib. ABŞ bununla da onun özünə pis təsir edəcək təhlükəli presendt yaratmış oldu.

Bu qərar bizim iqtisadiyyatımıza təsirsiz olacaq. Varlı şəxslərin xaricdəki villaları və yaxtaları onsuz da ölkəmizin inkişafına xidmət etmirdi.
300 milyard dollar isə dövlət vəsaitini dondurublar. Bu pulları qaytaracaqlar. Heç yerə gedəsi deyil. Bu, dövlət vəsaitidir. Qaytarmaq məcburiyyətində qalacaqlar.

Buna cavab olaraq Rusiya Mərkəzi Bankı Xarici şirkətlərə öz vəsaitlərini ölkənin maliyyə sistemindən çıxarmağı qadağan edən qərar verib. Bəzi hesablamalara görə söhbət 500 milyard dollardan çox vəsaitdən gedir. Yəni, bizim də cavab vermək üçün alətlərimiz var.

Bu gün, rusiyalı sahibkarlar ölkədən getmək istəyən xarici şirkətlərin səhmlərini və bizneslərini alırlar. Yəni, sivil davranırlar. Beynəlxalq hüquq normalarına uyğun olaraq.

Lakin bəzi dost olmayan ölkələr – Latviya, Litva, Polşa, hətta ABŞ-ın özü barədə bu mövzuda danışmaq mümkün deyil. Onlar oğurlula məşğuldurlar.

Hesab edirəm ki, məhz buna görə də sahibləri belə qərarlar verən dost olmayan ölkələrdən olan bizneslərin Rusiya ərazisindəki aktivləri barədə əks tədbirlər görmək – müsadirə etmək doğru addım olardı.

Həmin vəsaitlərdən gələn gəlirləri isə ölkəmizin inkişafına yönəltmək lazımdır”.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)