Flaş / Gündəm / Azərbaycan / Siyasət-Dünya / Siyasət-Azərbaycan
16:32, 07 iyul 2021
349
0

Azərbaycan və Pakistan KTMT-də müşahidəçi-partnyor statusu əldə etmək niyyətindədir


1 iyul 2021-ci il tarixində Düşənbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Şurasının iclası keçirilib. Həmin iclasda Təşkilatın yeni, KTMT-nin Partnyor dövlətləri institutunun yaradılması barədə qərar qəbul edilmişdir. 

Rusiya Federasiyasının Dövlət Dumasının mətbuat xidmətinin verdiyi məlumata görə, belə bir qərarın qəbul edilməsi təşəbbüsü ilə Şuraya rəhbərlik edən Rusiya Dövlət Dumasının spikeri Viçeslav Volodin çıxış etmişdir. 

Spiker xüsusilə qeyd edib ki, partnyor dövlətlər təşkilatda qərarlar qəbul edilərkən həlledici səsə malik olmayacaqlar. Lakin “sənədlərin hazırlanmasında və ümumi qərarların qəbul edilməsində iştirak hüququ əldə edəcəklər. Viçeslav Volodinin fikrinə görə dövlətlərə partnyor statusunun verilməsi “ bizim prinsiplərimizi bölüşən dövlətlərlə qarşılıqlı fəaliyyətimizi daha da aktivləşdirməyə və beynəlxalq platformalarda kollektiv gündəmi müəyyən etmək işini asanlaşdırmağa” imkan yaradacaq. 

O həm də bəyan edib ki, KTMT ilə əməkdaşlıq üçün maraq göstərən dövlətlərin sayı çoxdur. 

Dumanın Avrasiya inteqrasiyası üzrə komitisənin sədri Leonid Kalaşnikov isə partnyor dövlət statusu əldə etmək istəyən dövlətlərin adlarını çəkib. O qeyd edib ki, bu yeni formata iki dövlət – Azərbaycan və Pakistan daha çox maraq göstərirlər. Kalaşnikovun sözlərinə görə, “bu barədə açıq danışmaq qəbuledilən olmasa da” bu iki dövlət çoxdandır ki, KTMT-də müşahidəçi statusunda iştirak etmək istəklərini bildiriblər. 



Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)