Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / İqtisadiyyat-Dünya
16:29, 24 avqust 2022
374
0

Hindistan tezliklə Mir kartlarını qəbul edəcək

Hindistan tezliklə Mir kartlarını qəbul etməyə başlaya bilər. Rusiyanın "Mir" ödəniş sisteminin kartları tezliklə Hindistanda bankomat və terminallarda qəbul olunmağa və xidmət göstərilməyə başlaya bilər.

Bu barədə Hindistanın Deccan Herald nəşri xəbər verir.

Mir sisteminin Hindistanda tanınması ilə yanaşı, Rusiya “böyük ehtimalla” Hindistanın RuPay ödəniş sistemindən kartların qəbuluna başlamaq üçün addımlar atacaq.

Tərəflər həmçinin ikitərəfli ticarət hesablaşmalarında milli valyutalardan istifadənin genişləndirilməsi üzrə danışıqları davam etdirir və BRİCS çərçivəsində yeni ehtiyat valyutanın yaradılmasını müzakirə edirlər.

Deccan Herald-ın məlumatına görə, bu məsələlər Hindistanın baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Dovalın avqustun 17-18-də Moskvaya son səfəri zamanı müzakirə olunub. Səfər zamanı o, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və sənaye və ticarət naziri Denis Manturov ilə danışıqlar aparıb.

Bütün bunlar o deməkdir ki, iki qitə-dövlət, iki böyük iqtisadi güc arasında ticarət dövriyyəsinin həcmi günbəgün artacaq və milli valyutada olan əqdlərin həcmi də artacaq. De-dollarizasiya davam edir. Daha güclü, daha ciddi.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)