Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Region / İqtisadiyyat-Analitika
17:12, 19 avqust 2022
470
0

Reuters: 2022-ci ildə Rusiyanın enerji ixracından əldə etdiyi gəliri +38% artacaq


Reuters  xəbər verir ki, 2022-ci ildə Rusiyanın enerji ixracından əldə etdiyi gəliri +38% artacaq. Qərbin aqressiv anti-Rusiya sanksiyaları fonunda Rusiya 2022-ci ildə enerji ixracı gəlirlərində əhəmiyyətli artım əldə edəcək.

Qəzet artımın səbəbləri kimi qazın qiymətinin artması ilə birlikdə Rusiyanın neft ixracının artmasını göstərir.

Bu il Rusiyanın enerji ixracı gəlirləri 337,5 milyard dollar təşkil edəcək ki, bu da 2021-ci illə müqayisədə 38% çoxdur.

Bloomberg-in qiymətləndirməsinə görə isə, Qərbin Rusiyaya qarşı sanksiyaları Qərbin xaotik uğursuzluğu ilə başa çatacaq.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)