Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
15:15, 18 avqust 2022
526
0

"Putinin Buxarest eyhamı" - Abxaziya, Cənubi Osetiya, Krım, Cənub-Şərqi Ukrayna


NATO 15 il əvvəl bilirdi ki, "Ukraynada" genişlənmə cəhdi olarsa, Rusiya Krımı və Ukraynanın Cənub-Şərqini müdafiə etməklə cavab verəcək.

2008-ci ildə “Komersant” qəzeti vacib məqalə dərc etmişdi. Lakin o zaman bu məqalə demək olar ki, diqqətdən kənarda qaldı.

Vladimir Putinin bu məqalədəki sözləri rəsmi olaraq nə təsdiq, nə də təkzib olunsa da, politoloqlar tərəfindən geniş istifadə olunub. Eyni zamanda, siyasi ekspertlər arasında prezidentin sözləri “Putinin Buxarest eyhamı” adlandırılıb.

Cari hadisələrdə bu məqalə çox şeyi izah edə bilər!

Aşağıdakı sözlər məqalədən bir hissədir:

“Kommersant qəzetinin yazdığına görə, aprelin 4-də Buxarestdə Rusiya-NATO Şurasının qapalı iclasında Rusiya prezidenti Vladimir Putin açıq şəkildə bildirib ki, Ukrayna alyansa qoşularsa, Ukrayna vahid dövlət kimi mövcudluğunu dayandıra bilər. Abxaziya və Cənubi Osetiya Gürcüstanla (alyansın potensial üzvü kimi) Rusiya arasında “bufer zonası” yaratmaq üçün Rusiya tərəfindən tanınacaq.

Nəşrin yazdığına görə, Putin görüşdə Moskvanın NATO-nun Rusiya Federasiyasının sərhədlərinə yaxınlaşmasını Rusiya Federasiyasının maraqlarına real təhlükə kimi qəbul etdiyini təsdiqləyib və adekvat tədbirlər görəcəyini vəd edib, xüsusən, NATO-nun fəaliyyət planı təqdim edəcəyi təqdirdə - eyham vurub. Gürcüstanın NATO üzvlüyü barədə planı təqdim edəndən sonra Rusiya Kosovo presedentinə əsaslanaraq Abxaziya və Cənubi Osetiyanı tanıyacaq və bununla da NATO qüvvələri ilə öz sərhədləri arasında bufer zonası yaradacaq.

Üstəlik, Vladimir Putin eyham vurub ki, Ukrayna NATO-ya qəbul olunarsa, bu dövlət sadəcə olaraq mövcudluğunu dayandıracaq. Yəni əslində o, Rusiya ilə NATO arasında bufer zona yaratmaq üçün Rusiyanın Kosovo ssenarisi üzrə Krımı və Şərqi Ukraynanı qoparmağa başlaya biləcəyi ilə hədələyib. Bunun üçün istənilən bəhanə ola bilər, amma çox güman ki, bu, rusdilli vətəndaşların müdafiəsi olacaq”.


2022-ci il aprelin 26-da V.Putin BMT-nin baş katibi ilə görüşdə Rusiyanın Kosovo presedentinə analogiya üzrə Donetsk və Luqansk Xalq Respublikalarını tanıdığını bildirib.

Bax belə. 15 il əvvəl edilən xəbərdarlığa, Rusiyanın maraqlarına və dövlət başçısının xəbərdarlıqlarına məhəl qoymadıqları üçün vəziyyət indiki kimidir. Rusiya da NATO kimi 15 ildir bu günə hazırlaşırmış. Uduzan isə yenə də Qərb oldu. Qərb strukturları kökündən silkələnməkdədirlər, hətta ümumi düşmən kimi Rusiya ilə mübarizə belə onları möhkəmləndirə bilmədi. Və bütün bunların sonunun onların məhvi ilə nəticələnəcəyi ehtimalı isə yüksəkdir.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)