Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika
13:50, 02 avqust 2022
433
0

Kosova məsələsində Rusiya Serbiyaya kömək etsə nə olacaq?


A.Bovdunov - siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Avrasiya Hərəkatının eksperti

Rusiya Serbiyaya Kosova məsələsində kömək etsə nə olacaq? Belqrad Moskvanı seçib Avropa Birliyi ilə münasibətlərdən imtina edə bilərmi?

Kosovo ətrafında vəziyyətin gərginləşməsi proqnozlaşdırılan idi. Hələ iyun ayında separatçıların işğal etdiyi bölgə ərazisində Serbiya vətəndaşlarının müvəqqəti şəxsiyyət vəsiqəsi almalı olacağı xəbəri hiddət dalğasına səbəb olmuşdu. Serbiya prezidenti Vuçiç artıq Kosovoda serblərə qarşı gözlənilən hücumlardan danışırdı. Avtomobillərin girişi ilə bağlı yeni qaydaların qüvvəyə minəcəyi də əvvəlcədən məlum idi.

Münaqişə daxili məntiqə malikdir və bir sıra xarici və daxili amillərdən qaynaqlanır. Əvvəla, serblərlə vəziyyəti gərginləşdirmək 2020-ci ildən separatçıların baş naziri olan Albin Kurtinin prinsipial mövqeyidir. ABŞ Demokratik Partiyasına yaxın olan bu demaqoq, əvvəllər Kosovanı idarə edən qəssablardan - Taçi və Haradinaydan qat-qat radikaldır.

Radikal yanaşma mənzərəsi Ukraynada baş verənlərin mənzərəsinə uyğun gəlir. Alban separatçıları indi əmindirlər ki, “quyruq” iti yelləyə bilər: onlar nə istəsələr, edə bilərlər, Qərb də Kiyev rejimi kimi onları tərk etməyəcək.

Priştinanın Belqradla münasibətlərdə açıq təkəbbürü və müharibəyə qədər gərginləşməyə hazır olması da bu səbəbdəndir.
Eyni zamanda, NATO nümayiş etdirməlidir ki, alyans hələ də yaşayır və Avropadakı vəziyyətə nəzarət edir.

Birləşmiş Ştatlar Serbiyaya eyhamla çatdırdı ki, vəziyyəti Belqradın yeni bombardmanlarına qədər gtirə və ya Priştinadakı "səfiri" vasitəsilə gərginliyin müvəqqəti azaldılmasına nail ola bilərlər. Bu, anti-Rusiya sanksiyaları tətbiq etməkdən imtina edən Serbiyaya təzyiq göstərmək üsuludur. NATO ölkələri ilə əhatə olunmuş, dənizə çıxışı olmayan bir ölkənin elə də çox seçimi yoxdur.

Qərb və Kosovo separatçıları öz mənfəətləri səbəbilə Serbiya ilə gah pis, gah da yaxşı polis rolunu oynayırlar, ölkənin geosiyasi oriyentasiyasını dəyişməyə can atır və vəziyyətdən Rusiyanın diqqətini Ukrayna münaqişəsindən yayındırmaq üçün istifadə edirlər. Rusiyanı şantaj edirlər. Serbiya torpaqlarında yeni münaqişə alovlanarsa, Moskva buna biganə qala bilməyəcək.

Bu baş verərsə, Rusiya təkcə diplomatik üsullarla deyil, hərbi-texniki tədbirlərlə cavab verə bilər. Bununla belə, sual qalır: Belqrad özü belə dəstəyi qəbul edib, Rusiyaya qarşı xeyirxah neytrallıqdan Qərblə genişmiqyaslı münaqişədə birbaşa müttəfiqliyə keçməyə qərar verəcəkmi?
Yalnız sonuncu halda, serblər nəinki ən azı serblərin yaşadığı Kosovonun şimalını müdafiə etmək, həm də digər serb torpaqlarının reinteqrasiyası ilə məşğul olmaq imkanı əldə edəcəklər.Bununla belə, risklər də çox yüksək olacaq.

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)