Flaş / Gündəm / Azərbaycan / Cəmiyyət-Mədəniyyət
Astarada yaylaq Festivalı keçiriləcək - ANONS
Astaranın Hamoşam kəndində "Bi" Yaylaq Festivalı keçiriləcək.
Festival iyulun 16-da Talış dağlarının qoynunda, dəniz səviyyəsindən 1800 metrdən çox yüksəklikdə yerləşən, əsrarəngiz təbiətə və gözəlliyə malik olan "Bi" yaylağından baş tutacaq.
"Bi" yaylağı 60 hektarlıq düzənlik ərazidən ibarətdir. Buradakı Tunc dövründən qalma kurqanlar, qədim məzarlıq, iki, üç, dörd pilləli yonma baş daşları, "Padşah hovuzu", "Haftçeşmə" (Yeddibulaq) bulaqları əsrlərin yadigarıdır. Yaylağın üstündə dəniz səviyyəsindən 1901 metr yüksəklikdə yerləşən möhtəşəm Qala Kafo (Baş qala) bura xüsusi gözəllik verir.
Təşkilat komitəsinin yaydığı məlumata görə festivalın proqramı aşağıdakı kimidir:
-Sərgi,satış və master klaslar:
1. Ərazidə tapılan maddi-mədəniyyət nümunələri, qədim əmək alətlərinin və məişətdə istifadə olunan avadanlıqların nümayişi
2. Ərazidə mövcud olan tarixi abidələrin, təbii qala və mağaraların foto stendi
3. Region üçün spesifik olan əl işlərinin, sənətkarlıq nümunələrinin nümayişi, əyani hazırlanma proseduru üzrə ustad dərsləri və hazırlanmış əşyaların satışı
4. Regionda bitən təbii dərman bitkilərinin satışı
5. Orqanik kənd təsərrüfatı məhsullarının hazırlanması və satışı
6. Arıçılıq məhsullarının sərgisi və satışı
-Festivalın mətbəxi
1. Milli və Talış mətbəxinin təamları
2. Yaylaq və dağ mətbəxi
3. Yerli Astaraçay və dağlarda bitən dərman bitkilərindən dəmlənmiş çay
-Musiqi və əyləncə
1. Aşıq və xalq musiqisi (qara zurna,saz)
2. Milli və yerli rəqs qruplarının ifası
3. Folklor nümunələrinin nümayişi
4. Klassik və estrada musiqisi
5. Xalq və Əməkdar artistlərinin ifası
6. Yaylaq həyat tərzini özündə əks etdirən səhnəciklər
- İdman oyunları və gəzinti turları
1. At yarışması
2. Cəngi sədaları altında güləş
3. Futbol və voleybol
4. Bələdçilərin müşayiəti ilə Kafo qalasına və ərazidə olan digər tarixi abidələrə yürüş
5. Yallı rəqsi və yekun
Komitədən bildiriblər ki, proqram yenilənir, əlavələr edilməsi gözlənilir.
Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
Valeri Korovin: Rusiya Çeçenistanda çeçenlərlə deyil, Amerika ilə döyüşürdü
Rusiyada işləyən azərbaycanlılar pensiya ala biləcəklər
Azərbaycanın əmək bazarı: Qiymətlər ceyran belində, qul əməyinə isə qəpik-quruş təklif edilir
Valeri Korovin. "İmperiya ərəfəsində". Rusiya-Hindistan əlaqələrində yeni epoxa