Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / İqtisadiyyat-Dünya
15:58, 30 iyun 2022
381
0

Almaniya ÜDM-in 12,5%-i və 5 600 000 iş yerini itirəcək - Bild

Almaniya Rusiyadan qaz tədarükünün dayandırılmasından ÜDM-in 12,5%-ni, 5 600 000 iş yerini itirəcək.

Almaniyanın Bild qəzeti çərşənbə axşamı Bavariya İqtisadiyyatı Assosiasiyasının araşdırmasına istinadən xəbər verir ki, Rusiyadan qaz tədarükünün dayandırılması Almaniyanın ÜDM-nin 12,5% azalmasına və ölkə üzrə 5,6 milyon iş yerinin itirilməsinə səbəb olacaq.

Bavariya İqtisadiyyatı Assosiasiyası üçün araşdırma hazırlayan Prognos AG şirkətinin nümayəndəsi Maykl Böhmer "Almaniya iqtisadiyyatının Rusiya qazından asılılığı lazımi səviyyədə qiymətləndirilmədi" - söyləyib.

İlk növbədə, Rusiya qazının tədarükünün dayandırılması şüşə, polad və yeyinti sənayesinə təsir göstərəcək ki, bu da ümumilikdə 49 milyard avro itki deməkdir. Bundan başqa, tədarükün dayandırılması digər sahələrdə tədarük zəncirinə və istehsala əhəmiyyətli dərəcədə təsir edəcək. Xərclərə daha 144 milyard avro əlavə olunacağı proqnozlaşdırılır.

Beləliklə, Rusiya qazının tədarükünün dayandırılması halında, “Almaniya iqtisadiyyatı dərin tənəzzülə doğru yuvarlanacaq” - deyə araşdırma yekunlaşır.

Xatırladaq ki, bir qədər əvvəl Almaniyanın maliyyə naziri Lindnerin “Bir çox alman anti-Rusiya sanksiyaları səbəbindən yoxsullaşa bilər” fikrini də sizə çatdırmışdıq.

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)