Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / İqtisadiyyat-Dünya
20:15, 27 iyun 2022
516
0

"Qərb Rusiyanı təcrid edə bilmir" - Financial Times


Qərbin Rusiyanı təcrid etmək cəhdləri uğursuzluğa düçar olur. Çünki onlar digər dünya birliyinin maraqlarına diqqət yetirmirlər, Britaniyanın Financial Times qəzeti yazır.

Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı "çoxqütblü dünyaya tələbi artırır" və qeyri-Qərb dünyası "strateji muxtariyyət istəyir" - Financial Times vurğulayır

“Biz Hindistan və Braziliya kimi ölkələri Rusiya neftini almaqda günahlandıra bilmərik. “Financial Times” qeyd edir ki, Rusiya taxılını almaq istəyənlərin çox olmasına da təəccüblənməməliyik.

“Hindistan və Çin Rusiya mallarının daşınması üçün alternativ ödəniş sistemləri və marşrutlar yaratmağa kömək edir və Qərb ölkələrinin “Rusiyanı çoxtərəfli sistemdən kənarlaşdırmaq” cəhdlərinə mane olur”- qəzet yazır.

Bir qədər əvvəl Amerikanın The National Interest nəşrinin qiymətləndirməsinə istinad edərək ABŞ-ın Rusiyaya qarşı sanksiyaları nəticə verməməsi barədə də xəbər vermişdik.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)